Diqqətsizlik ilk baxışda sadə, zərərsiz və fərdi bir hal kimi görünə bilər, lakin mahiyyətinə vardıqda onun cəmiyyət miqyasında böyüyən, kök atan və sonda ədalətsizliyə çevrilən təhlükəli bir xəstəlik olduğu aydın görünür. Diqqət insanın həm insana, həm əməyə, həm də dəyərə yönəlmiş vicdanlı baxışıdır və bu baxış itən yerdə ədalət də öz dayağını itirir. Çünki ədalət yalnız qanunla, qayda ilə yox, həm də görmək, dərk etmək və etiraf etmək mədəniyyəti ilə yaşayır. Diqqətsizlik hökm sürən mühitdə zəhmət görünməz olur, fədakarlıq səssizcə unudulur, haqq isə səs çıxarmadığı üçün tapdanır. İnsanlar çox vaxt haqsızlığı qəsdən deyil, məhz baxmadıqları, dinləmədikləri, düşünmədikləri üçün törədirlər və bu cür ədalətsizlik ən ağrılı formaya malik olur, çünki onun arxasında nə açıq düşmənçilik, nə də birbaşa niyyət dayanır, sadəcə laqeydlik dayanır. Laqeydlik isə məsuliyyətsizliyin ən rahat pərdəsidir.

Diqqətsiz cəmiyyətlərdə səsli olan haqlı sayılır, görünən dəyərli qəbul edilir, kölgədə qalan isə sanki mövcud deyilmiş kimi silinir. Beləliklə, diqqətsizlik təkcə fərdi münasibətləri zədələmir, sistemli ədalətsizliklər yaradır, çünki qərarlar natamam müşahidələrə, qiymətləndirmələr isə səthi təəssüratlara əsaslanır. Bu mühitdə istedad tanınmır, zəhmət mükafatlandırılmır, sədaqət dəyərsizləşir, əvəzində isə uyğunlaşanlar, susanlar və axına qarşı çıxmayanlar irəli çəkilir. Diqqətsizlikdən doğan ədalətsizlik zamanla normaya çevrilir və insanlar buna etiraz etmədikcə onu təbii qəbul etməyə başlayırlar. Ən təhlükəli məqam da elə budur, haqsızlığın şok yaratmaması, vicdanı silkələməməsi, gündəlik həyatın adi bir detalına çevrilməsidir. Bu zaman insan özü də fərqinə varmadan ədalətsizliyin bir hissəsinə çevrilir, çünki görmədiyi haqsızlığa susmaqla onu təsdiqləmiş olur. Halbuki diqqət bir seçimdir və bu seçim insanın mənəvi səviyyəsini müəyyənləşdirir. Kimə baxdığımız, kimi dinlədiyimiz, nəyi görməzlikdən gəldiyimiz bizim ədalət anlayışımızın aynasıdır. Nəticə olaraq demək olar ki, ədalətsizlik hər zaman qəsddən doğmur, çox vaxt diqqətsizlikdən doğur və bu səbəbdən onunla mübarizə yalnız qanunlarla deyil, baxışla, düşüncə ilə, vicdanla aparılmalıdır, çünki diqqət bərpa olunmadan ədalət bərpa olunmur və diqqətsiz qalan hər dəyər gec-tez haqsızlığın qurbanına çevrilir.
✍ Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi.
Filoloq. Ədəbi təhlil-tənqidçi. Yazar-publisist.

23.01.2026

Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031