Əhməd İsmayılov: Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır


Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır.

Bunu “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı”mövzusunda keçirilən konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, milli mətbuatın zəngin tarixi irsi müasir dövrdə daha böyük məsuliyyət tələb edir:

“Rəqəmsal media mühitinin sürətli genişlənməsi, informasiyanın operativliyinin çox zaman dəqiqlik meyarını üstələməsi, sosial media platformalarının ictimai rəyə təsir imkanlarının artması informasiya mübadiləsini kollektiv məsuliyyətə əsaslanan bir prosesə çevirir. Bu şəraitdə məlumatın mənbəyindən asılı olmayaraq onun düzgünlüyünün, obyektivliyinin və ictimai faydasının qorunması prioritet məsələ kimi ön plana çıxır.

Mövcud qlobal informasiya təhdidləri və yeni reallıqlar fonunda ölkəmizin informasiya mühitinin qorunması, vətəndaşların düzgün, etibarlı və obyektiv məlumata çıxış imkanlarının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Media subyektlərinin cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə dolğun və məsuliyyətli şəkildə təmin etməsi ilə əhalinin media savadlılığının artırılması prosesi bir-birini tamamlayan və qarşılıqlı şəkildə gücləndirən mexanizmlər kimi çıxış edir.

Xüsusilə süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi mövcud mərhələdə sağlam informasiya mühitinin qorunması, etik normalara riayət olunması və doğru məlumatların təşviqi strateji əhəmiyyət daşıyır. Bu kontekstdə media savadlılığının gücləndirilməsi yalnız peşəkar jurnalistlərin deyil, eyni zamanda məlumat istehlakçısı olan geniş auditoriyanın da üzərinə düşən məsuliyyət kimi dəyərləndirilməlidir. Sorğulayıcı düşünmə bacarığı, məlumatın mənbəyini və məqsədini dəyərləndirmək vərdişləri müasir cəmiyyətin dayanıqlılığını şərtləndirən əsas amillərdəndir.

Qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alan dezinformasiyaya qarşı mübarizədə media savadlılığının artırılması, media məzmununun dəyərləndirilməsi ilə bağlı davamlı və sistemli maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi ölkəmizdə prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib. 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” qanunda media savadlılığı anlayışının ilk dəfə hüquqi müstəvidə təsbit edilməsi və bu sahədə dövlət tədbirlərinin həyata keçirilməsinin Medianın İnkişafı Agentliyinə həvalə olunması bu istiqamətdə atılmış mühüm institusional addımdır”.

Son xəbərlər

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31