Bakıda taksi parkının optimallaşdırılması tıxacların azaldılması üçün təxirəsalınmaz addım kimi göstərilir


“Şəhər mobilliyi və Bakının taksi parkının optimallaşdırılması” adlı müstəqil ekspert tədqiqatına görə, Bakıda yol-hərəkət mobilliyində real irəliləyiş üçün qısa müddətdə şəhərdə taksilərin sayı azaldılmalı və mövcud qaydaların icrası sərtləşdirilməlidir.

Tədqiqatda deyilir ki, taksi sektorunda əsas problem tələbin azlığı deyil, həddindən artıq taksinin mövcudluğudur.

Bu hərəkət sürətinin azalmasına, tıxacların artmasına, sürücülərin gəlirlərinin aşağı düşməsinə və mərkəzi ərazilərdə “boş gediş”lərin çoxalmasına səbəb olur.

Qeyd olunur ki, Bakının yol şəbəkəsinə limitsiz resurs kimi yanaşmaq olmaz və hazırkı istifadə forması qənaətbəxş deyil. Bakıda hər 10000 nəfərə 110 taksi düşür ki, bu da Berlin, Kopenhagen, Sinqapur və Vyana kimi paytaxtlardakı göstəricidən 5–7 dəfə yüksəkdir. Nəticədə çoxlu sayda taksi müştəri axtarışı ilə mərkəzi küçələrdə boş hərəkət edir və yol resursundan səmərəsiz istifadə olunur.

Kaliforniya Davis Universitetinin araşdırmasına istinadən bildirilir ki, taksilər çox vaxt fərdi avtomobilləri əvəzləmir, əksinə sərnişinləri ictimai nəqliyyat, piyada hərəkəti və mikromobillikdən uzaqlaşdırır.

Yollarda sıxlığın artması nəticəsində ictimai nəqliyyatın sürətinin yavaşlamasına görə daha çox adamın taksiyə yönəlməsi isə taksilərin sayının daha çox artmasna gətirib çıxarır. Beynəlxalq araşdırmalar da göstərir ki, davamlı hərəkətdə olduqlarına görə bir taksi nəqliyyat şəbəkəsinə 4–5 digər nəqliyyat vasitəsi qədər yük yaradır.

Hesabat taksi sayının çoxluğunun pik saatlarda mərkəzi küçələrdə sıxlaşma, sərnişin düşürüb-mindirmə zamanı hərəkət zolaqlarının kəsilməsi, ümumi axının yavaşlaması və təklifin çoxluğu səbəbilə maşın başına düşən orta gediş sayının azalması kimi problemləri dərinləşdirdiyini qeyd edir. Sürücülərin 12–14 saat işləmək məcburiyyətində qalması isə sağlamlıq və yol təhlükəsizliyi risklərini artırır. Eyni zamanda, boş hərəkət havanın çirklənməsini yüksəldərək əhalinin sağlamlığına mənfi təsir və səhiyyə xərclərində artım yaradır.

Hesabat müəllifləri bildirirlər ki, taksi parkının optimallaşdırılması “uzunmüddətli məqsəd deyil, dərhal atılmalı addımdır”. Onların hesablamalarına görə, artıq taksilər yoldan çıxarıldıqda və sərnişin düşürüb-mindirmə qaydaları ardıcıl tətbiq edildikdə yollarda orta hərəkət sürətini ən azı 5–10% artırmaq mümkündür.

Hesabatda 13 oktyabr 2025-ci il tarixli taksi lisenziyalarının sayının 25000-lə məhdudlaşdırılması qərarı mühüm addım kimi qiymətləndirilir. Bununla belə, ilin sonunadək yeni lisenziyaların verilməsinin davam etməsi əlavə artım riski kimi göstərilir və 25000 limitinin daha sürətli və ardıcıl tətbiqinin vacibliyi vurğulanır.

Son xəbərlər

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31