Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Banqladeşə səfər çərçivəsində dekabrın 6-da paytaxt Dəkkə şəhərində yerləşən valideyn himayəsindən məhrum olmuş və kimsəsiz qız uşaqları üçün müəssisəni ziyarət ediblər.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Shorkari Shishu Poribar” (Dövlət Uşaq Evi) adını daşıyan bu müəssisənin rəhbərliyi və müəllim-tərbiyəçi heyəti qonaqlara qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.

Bildirilib ki, Banqladeş Sosial Xidmətlər İdarəsinin nəzdində fəaliyyət göstərən və müxtəlif mənbələrdən könüllü ianələr hesabına maliyyələşən müəssisədə 130-dan çox uşaq daimi əsasda yaşayır. Onlara təhsillə yanaşı, gələcək həyata hazır olmaları üçün peşə təlimləri keçirilir və iş bacarıqları öyrədilir.

Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaq evinin şəraiti və ehtiyacları, o cümlədən yataqxanası və tədris otaqlarının vəziyyəti ilə tanış olub, müəllim heyəti və uşaqlarla səmimi söhbət ediblər. Onlara Azərbaycan dövlətinin qlobal səviyyədə daim rəhbər tutduğu humanizm prinsipindən çıxış edərək Heydər Əliyev Fondu vasitəsilə müxtəlif ölkələrdə sosial layihələr həyata keçirdiyi barədə məlumat verilib, müəssisə ilə yardım proqramının icrası məsələsi müzakirə olunub.

Sonda uşaq evinin şagirdləri Azərbaycandan gələn qonaqlar qarşısında Banqladeş xalq mahnılarından və rəqslərindən ibarət proqramla çıxış ediblər.



Son xəbərlər

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31