Xəbərlər
5.12.2025, 00:00
Arxiv baba xəbərdarlıq edir! - FOTO
Xəlil Mirzə
A Millət! A başuza dönüm! Ehtiyatlı olun! Şimal istiqamətindəki təzə- pullu yola “ağıllı” radarlar quraşdırıldı. Bilirsiz bu nə deməkdir? Bu o deməkdir ki, siz həmən yolda radarın gözündən uzaq yerlərdə də müəyyən olunmuş maksimum sürət həddini aşa bilməyəcəksiniz. Radarlar “ağıllı”dırlar axı. Harda 1 km/saat belə maksimum sürət həddini aşdınız, tapıb çıxaracaqlar ortalığa. Və... bəli, cərimələnəcəksiniz. Bir mahnı var ey... sözləri necədir, kimin yadındadır? “Mənim ölkəm ... ölkəsidir”. Nöqtələrin yerində bərli bəzəkli tərifləyici sözlərdir. Biri yadımdadır- “qəhrəmanlar”... qalanları yadımdan çıxıb. Yox, elə deyil- “cərimələr ölkəsidir”. Bax, belə doğrudur. Hə, bir əlavəm də var- “qiymətqaldıranlar ölkəsidir”. Qafiyə yoxdur? Doğrudur, mahiyyət ki, var. O, Tarif Şurası deyilən qurum var ey, ilboyi yatır. İldə bir-iki dəfə ayılır (özü də gecələr), hansı xidmətinsə, ya məhsulunsa qiymətini qaldırıb yenə yatır. Day durub deməyəcəm ki, “gündüzyatanlar ölkəsidir”. Yatır yatsın dayna. Belə ayılmaqdansa, elə yatmağı məsləhətdir. Vallah, hə. Xəbəriniz oldu də, bu yaxınlarda ayılmışdı, əhalini xəbərdar elədi ki, hazırlaşın, təzə ildən yenə qiymətlərə əl gəzdirəcəm...
Özü də ki, “şura” nədir culayıblar adının quyruğuna? “Şura” anlayışı sovetlərnən bir yerdə ölməyibdimi? Elə adı olsun “Tarif Tapşırıq İcra strukturu”, ya da oxşar bir ad dayna, fəaliyyətinə uyğun gələn... Lənət şeytana! Yenə ucunnan tutub getdim ey, ucuzluğa. Mənə deyən gərək, sənin dövlətin qurumuynan nə işin var? Yoldan, sürətdən yazmırdın? Yaz dayna. Yol demişkən, yadıma düşüb, izn verin onu da deyim. Hə, həmən bu şimal istiqamətində yolu bir neçə il öncə təmir elədilər axı. Amma, birtərəfli. Sözüm onda yox, bu Ceyranbatan qəsəbəsindən keçən hissəsini neçə dəfə sökdülər, yenidən çəkdilər, yenə keyfiyyətli olmadı. Yol yenə də dalğalıdır. Qardaş, bu yoldu ey, Xəzər dənizi döyül. Bu EL YOLU-dur. EL YOLU bilmirsiz necə olmalıdır? Keyfiyyətli çəkin, dayna. Qiymətdən danışan kimi Avropanı atırsız ortalığa (day başqa cürə demirəm). Bə iş görənədə niyə düşmür yadınıza Avrora, hay? Tender elan edilən kimi axışırsız o, adı iki gündən bir dəyişdirilən Yol İdarəsinin qabağına. Hindi deyəsən adı Avtomobil Yolları Agentliyidi. Nə deyim vallah... Ancaq, bir tərəfdən fikirləşirsən ki, ayə bura ceyranın batdığı yerdir, maşın hanjarı batmasın?..
Mən “ağıllı” radarlardan danışırdım, eləmi? Hə, təzə yola quraşdırılan radarlardan. Elə bilirsiz onu aldatmaq ilmaz? Mən bu qoca vaxtımda badalaq gələrəm o radara. Deyim necə? Radararın gözü görmədiyi yerdə sürəti qaldıraram ey 150-160 kim/saata. Lap onnan da yuxarı. Elə belə, qurdumu öldürməkçün. Bizdə çox adam belə eləyib qəza törətmirmi? Sonra da sürəti salaram 50-60 km/saata, bir müddət elə sürərəm. Bu radar vaxta görə ölçür dayna orta sürəti... İmanımı yandıra yandıra gedirəm, bəlkə maksimum sürət həddini bir az qaldırıblar, xəbərim yoxdu?! Amma, inanmıram ey, vallah- burası Azərbaycandı...
Əşşi, nə isə... Mən sizi xəbərdar elədim, qalanını özünüz bilərsiz- istəyirsiz, girin o yola, pulunuz getsin, istəmirsiz, girməyin, köhnə yolnan gedin, canınız getsin. Baxın da, vəziyyətə. Di salamat qalın. Allah amanında!
-son-
04.12.25.
SOS! SOS! SOS!

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay