Bərdə Rayon İcra Hakimiyyəti yanında yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın təşkilatçılığı ilə 3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir.

Turaztv.az xəbər verir Tədbirdə əlilliyi olan şəxslərin sosial rifahının yaxşılaşdırılması, onların cəmiyyətə daha fəal şəkildə qoşulması və hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məlumat verilmişdir.
Tədbirdə Komissiyanın sədri Səfurə Hümbətova, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Mehtiyeva, Şəhid Ailələri İctimai Birliyinin sədri Etibar Hüseynova, QRGİİ-nin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, Uşaq-Gənclər İnkişaf Mərkəzinin müdiri Aynurə Əliyeva, komissiyanın üzvləri Nərgiz Cəfərova, Tamilla İbadova və Liza Cabbarova, Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya Təlimli Internat Tipli Gimnaziyanın əməkdaşı Sevinc Yusifova, uşaq səfiri Kənan Əlizadə, həmçinin əlilliyi olan uşaqlar və onların valideynləri iştirak etmişlər.

Tədbirin açılış çıxışını edən Komissiya sədri Səfurə Hümbətova 3 Dekabr – Beynəlxalq Əlillər Gününün cəmiyyətdə hər kəs üçün bərabər imkanların yaradılmasının vacibliyini bir daha xatırlatdığını bildirmişdir. O vurğulamışdır ki, əlilliyi olan şəxslərin gündəlik həyatında üzləşdikləri çətinliklərin aradan qaldırılması və onlara dəstəyin artırılması həm dövlət qurumlarının, həm də yerli icmanın birgə səylərini tələb edir.
Digər çıxışçılar da ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan, onların təhsil və inkişaf imkanlarının artırılması istiqamətində görülən işlərdən, həmçinin bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyindən danışıblar. Çıxışlarda qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.
Tədbirin sonunda əlilliyi olan şəxslərə müxtəlif növ hədiyyələr təqdim olunmuş, onlara göstərilən dəstəyin daim diqqət mərkəzində saxlanıldığı vurğulanmışdır.

ETİBAR HÜSEYNOVA

















Son xəbərlər

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31