Xəbərlər
28.08.2025, 12:47
Mənim müşahidəm tam əksini gördü gənc yazarın ruhunda...
Əfşan Yusifqızı
Yazıçı-şair
AYB-nin üzvü
(Gənc qəzəlxanın söz taxtı)
Adətən gənclər xəyalpərəst olar, romantikaya üstünlük verər. Mənim müşahidəm tam əksini gördü gənc yazarın ruhunda...
Özü də bilmədən bir faciəvi roman yazıb gənc qəzəlxan Həsən Lütfi..
Roman adətən nəsr əsəridir, amma gənc şair nəzmdə bir həyat faciəsini çox dolğun çatdıra bilib öz oxucularına..
Misra-misra ürəyini açan bu gənc, sözün dəryasında qəvvas kimi üzüb, dərinliklərə baş vurub və topladığı inciləri bizlərə təqdim etdi. Həm də həzin bir saz havasında, qulaqlarda səslənən Ruhani sədası ilə...
Çoxumuzun bilmədiyimiz hadisəni çox ustalıqla, bacarıqla qələmə alıb.
Onun sözünün kökü Füzuliyə, budağı isə üzü sabahlara doğru şaxalənir.
Hər bir beytində, misrasında can yanğısı var...
Bir neçə gün öncə Göyçay yazarlarının görüşündə tanımışam bu istatadlı şairi. Və həmin görüşdə şairin öz dilindən eşitdiyim Şuşa haqqında qəzəlini dinləyərkən hələ, artıq onun barəsində müsbət fikirlər yazılırdı beynimdə.
Həsənin qələmindən niyaz, səsindən dua, dilindən Vətən süzülürdü. O, hər beytdə bir taxt qurur, bu da onun gələcəyindən xəbər verir.
Deyirlər: Gənclər qəzəl yaza bilməz...
Həsən Lütfi bu deyimi kökündən inkar edə bilən istedadlardandır.
O, öz fəhmi ilə könül ovsunlaya, sözü ram edə bilir...
Bu günsə Həsən Lütfinin daha bir şeirini oxudum və heyrətləndim. Şeir haqqında düşündüklərimi yazmağı özümə borc bildim.
Şeirdə Ulu Göyçənin bəxtsiz bir aşığından söhbət gedir. Bu şeir dərin milli kədər, tarixi faciə, və milli kimlik üzərində qurulmuş, həm simvolik, həm real hadisələrə əsaslanan poetik bir qəzəbi və xatirəni ifadə edir.
Təbiət mənzərəsi ilə başlayan bu ağıdakı sözə diqqət edək:
Göyçə adının çəkilməsi dərhal köçkünlük, həsrət, işğal kimi mənaları oyadır və göyün buludlu, , suların lallığı, vəhşət kimi ifadələr qaranlıq, ümidsizlik, faciə ab-havası yaradır. Təbiət belə susub, danışmır – çünki danışacaq söz yoxdur, deyir şair.
Hətta quşların belə ürəklərində qanad açmaqdan qorxduqları göstərilir. Təbiətdəki canlılar belə bu vəhşiliyin fərqindədir.
"Qara yellər" – qara xəbərlərin, qara niyyətlərin daşıyıcısı kimi görünür.
“Qəmli ölüm türküsü” – bu artıq sadəcə hadisə deyil, millətin yaddaşına həkk olunacaq yas mərsiyəsidir. Daha bir beytdə dediyi- "samavar və aşıq" Azərbaycan xalqının qonaqpərvərlik və poeziya ruhunun simvoludur.
Amma bu səmimi məqamın fonunda erməni vəhşiliyi, təhqiramiz davranışı, bir mədəniyyətin alçaldılması, təhqir olunmasıdır.
“Quduz qəhqəhə” – bu rəmzlə faşistcəsinə sevinən, zalım düşmən obrazı qurulur.
“Bolyanik” adını ilk dəfə eşitdim, bəlkə var, bəlkə də simvolik olaraq daşnak ideologiyasının təcəssümü kimi verib.
Şair, Aşıq Nəcəfin timsalında bir elin faciəsini göz önündə canlandırır. "Haqqın aşığı” ifadəsi – onun ədalət və haqqa bağlı bir şəxsiyyət olduğunu göstərir.
Və bu şeirdə bir haqq aşığının təhqir olunduğu, qəlbi ilə birgə sazının da alçaldığını tam şəkildə çatdıra bilir.
Aşıq belinə bağlanan qaynar somavara dözməyib yerdə qıvrılır, canı üçün çaba verir və eyni zamanda- Aşıq yerdə can verən bir qəhrəmandır.
Onun ölümündən zövq alan cəlladın – tam mənəvi düşkünlüyünü, acımasızlığını film kimi canlandırır.
Aşığın iki körpəsinin ölümü – simvolik soyqırım kimi yada düşür.
Buradakı körpə quzular həm məzlumluğu, həm də uşaqlığı simvollaşdırır. “Diri-diri gömülmək” – artıq insanlığa qarşı törədilmiş cinayətin qəddarlığını əks etdirir.
Şeirdə dqqətimi çəkən məqamlardan biri də Çillə mövzusudur.
“Bala dağı” ifadəsi yeni bir əsərin bünövrəsini qoyur, bu ifadəni konkret yer adı kimi də işlətmək olar. Həm də qəlbindəki dağ kimi simvolik məna daşıyır. Mənim "Əli dağı" romanım da belə bir şifrəlidir, üç mənanı özündə birləşdirən addır.
Kiçik çillədə böyük çilə – fiziki soyuqla mənəvi soyuğun üst-üstə düşməsini, çoxqatlı əzabını çox ustalıqla göstərir gənc şair. Bu yaşda bu düşüncəyə malik olmaq fitri istedadın göstəricisidi.
Zaman-zaman erməni vəhşiliyinə məruz qalan Azərbaycanlıların mədəni soyqırımı kimi sazın susdurulmağını yanğı ilə verir.
Burda şeirə nöqtə də qoymaq olardı, mədəniyyətin zorla susdurulması kimi bu misralar final ola bilərdi. Sazın əlindən alınması – xalqın ruhunun əlindən alınmasıdır.
“Daşlara çalınan saz” – daş ürəklərə, qulaq asmayanlara, amansızlara ünvanlanmış son fəryad kimi yozulur, diqqət çəkir.
Bu şeir həm sənətkarlıq baxımından, həm də ictimai-siyasi mesajlar baxımından güclü bir əsərdir. Mən üç tarixi romanın müəllifi kimi deyə bilərəm ki, Həsən Lütfinin güclü təxəyyülü var və o istəyərsə çox güclü əsərlər yaza bilər. Bu şeirdə mən bir neçə ayrı-ayrılıqda hekayə gördüm və böyük bir roman oxumuş oldum. Məsələn; Təbiət, aşıq, saz, somavar, körpələr və erməni vəhşiliyi...
Xalqın dərdi, musiqisi və sözünün zorla susdurulmasını, Azərbaycan xalqının çəkdiyi tarixi faciəni poetik dildə ifadə edir. Və bu yalnız fərdi faciə deyil – bu bir millətin tarixi yaddaşıdır.
Burda şeirin əsas qəhrəmanı – Nəcəf – bir aşıq obrazıdır. Onun simasında bir bütöv nəsil, bir zəngin sənət irsi, saz və söz mədəniyyəti, elin yaddaşı yaşayır və... yanır.
Şair tale ilə yazını (yazı -qismət) qarşılaşdırır, amma bu yazının adi yox, kədərli və uğursuz olduğunu vurğulayır. Saz aşıq sənətinin simvoludur, lakin burada o samavarda alışır, yəni həm fiziki, həm də simvolik yanma baş verir. Saz artıq musiqi aləti deyil – yanan bir ömrün, qovrulan yaddaşın simvoludur.
Şeirin ənn ağrılı misralarından biri də aşağdakı misralardır:
Burda sazda yanan qoşmalar, gəraylılar – yəni aşıq sənətinin janrlarıdır. Bu, sadəcə bir insanın yox, bütöv bir poeziya irsinin yanması anlamına gəlir. "Haylı, haraylı" – bu yanmanın sakit deyil, fəryadlı olduğunu göstərir.
Digər misralarda şairin düşüncəsi qarşısında təhlil belə aciz qalır:
Burada konkret saz havaları çəkilir: "Yanıq Kərəmi", "Baş Sarıtel". Bu havalar həm aşığın yaddaşını oyadır, həm də millilik, tarixilik qatını artırır. "Yağının kini" – yəni düşmənin qəzəbi – Nəcəfin içindəki atəşi daha da körükləyir, alovlandırır...
Burada yanmaq artıq fiziki deyil, ruhani yanmadır, duyğuların yanmasıdı. Nəcəf öz keçmişini xatırlayır, göz yaşları ilə birlikdə xatirələr dirilir. Bu hissə həm nostalji, həm də fəlsəfi bir üslubla qurulub. Nəcəf ölərkən xatirələr dirilir...
Bu üç bənd misrada keçmiş xatirələr alovun dəhşətindən öləzimiş gözlərdə canlanır:
Nəcəfin sənətə başlamağı,Ustad Ələsgər, Daşkənd, şəyirdlik illəri, ailəli həyatı (Gülüstan)və sanki bu ayrıca hekayədi...
Şair burda geniş əhatəli bir mövzuya toxunur. Dostluq, Təbrizdəki qardaşlıq, milli birlik və səmimiyyətin timsalı.
Şeirdə hər detal bir ömür yolunun mərhələsini təmsil edir.
Bu final bəndlərində reallıqla xəyallar qarışır. Aşıq Nəcəf artıq ayırd edə bilmir – gördükləri xatirədirmi, yuxudurmu, yoxsa ölümqabağı keçiddirmi? Amma fiziki olaraq qovrulur, ruhani olaraq isə əbədiyyətə sovrulur – sonsuzluğa gedir.
Bu şeir, mən əsər deyərdim, Aşıq sənətinə sayğı ilə yazılıb, tarixi və mədəni yaddaşımızı əks etdirir, yanan sazla yanan ömrü, yanmaqla ölümə keçidi birləşdirir,
Nəcəfin timsalında bir xalq yaddaşının və mədəni irsin faciəsini anladır.
Bu, sadəcə bir fərdin taleyi deyil – bir nəsil, bir diyar, bir mədəniyyətin yanğısıdır.
Bu iki misralıq beytdə çoxqatlı poetik ifadə və simvolik mənalar yer alır. Gəlin hər iki misranı ayrı-ayrılıqda və birgə şəkildə təhlil edək:
Küllü təpə dedikdə, göz önündə yanmış, yanğın keçirmiş təpə, keçmişin, dərdin, ağrının yığıldığı bir məkan canlanır..
"Mənzərən bizi külə döndərir" – Bu ifadə olduqca güclü poetik ifadədi. Burada "mənzərə" sadəcə bir görüntü deyil, həm də o təpənin keçmişi, xatirəsi, faciəsi, yaşanmış acıları da ola bilər. Bu mənzərə o qədər təsirlidir ki, baxanları “külə” çevirir – yəni, daxildən yandırır, kül kimi zərrələrə bölür.
Qərinələr səs verir – "Qərinə" sözünün klassik anlamı uzun zaman kəsimi deməkdir. Bir qərinə – 33 il götürülürsə, deməli, bu "yandım" fəryadına keçmiş əsrlər cavab verir, bu ahın sədası tarix boyunca eşidilir, yəni bu dərd fərdi deyil, ümummilli və ya ümumbəşəri dərddir. O qədər güclü, o qədər köklüdür ki, zamanın özündə əks-səda doğurur.
Beləliklə, bacardığım qədəri Həsən Lütfinin bir şeirinin ətrafında gəzişərək gördüyüm mənzərəni sizlərlə bölüşürəm və şairdən daha böyük əsərlər gözləyirəm.
Və sonda istetadlı şairimiz, gənc qəzəlxan Həsən bəyə bol-bol yaradıcılıq uğurları arzulayıram.
Yazıçı-şair
AYB-nin üzvü
(Gənc qəzəlxanın söz taxtı)
Bu gün GYB-i qrupunda bir şeir oxudum, şeir demək olarsa.

“Bu gün ulu Göyçənin buludludur göyləri,
Hava ağır, sular lal, vəhşət sarıb hər yeri.”
Hava ağır, sular lal, vəhşət sarıb hər yeri.”
Göyçə adının çəkilməsi dərhal köçkünlük, həsrət, işğal kimi mənaları oyadır və göyün buludlu, , suların lallığı, vəhşət kimi ifadələr qaranlıq, ümidsizlik, faciə ab-havası yaradır. Təbiət belə susub, danışmır – çünki danışacaq söz yoxdur, deyir şair.
Quşların ürəyində qanad açmaq ürküsü,
Qara yellər oxuyur qəmli ölüm türküsü.
Qara yellər oxuyur qəmli ölüm türküsü.
Hətta quşların belə ürəklərində qanad açmaqdan qorxduqları göstərilir. Təbiətdəki canlılar belə bu vəhşiliyin fərqindədir.
"Qara yellər" – qara xəbərlərin, qara niyyətlərin daşıyıcısı kimi görünür.
“Qəmli ölüm türküsü” – bu artıq sadəcə hadisə deyil, millətin yaddaşına həkk olunacaq yas mərsiyəsidir. Daha bir beytdə dediyi- "samavar və aşıq" Azərbaycan xalqının qonaqpərvərlik və poeziya ruhunun simvoludur.
Amma bu səmimi məqamın fonunda erməni vəhşiliyi, təhqiramiz davranışı, bir mədəniyyətin alçaldılması, təhqir olunmasıdır.
“Quduz qəhqəhə” – bu rəmzlə faşistcəsinə sevinən, zalım düşmən obrazı qurulur.
“Bolyanik” adını ilk dəfə eşitdim, bəlkə var, bəlkə də simvolik olaraq daşnak ideologiyasının təcəssümü kimi verib.
Şair, Aşıq Nəcəfin timsalında bir elin faciəsini göz önündə canlandırır. "Haqqın aşığı” ifadəsi – onun ədalət və haqqa bağlı bir şəxsiyyət olduğunu göstərir.
Və bu şeirdə bir haqq aşığının təhqir olunduğu, qəlbi ilə birgə sazının da alçaldığını tam şəkildə çatdıra bilir.
Aşıq belinə bağlanan qaynar somavara dözməyib yerdə qıvrılır, canı üçün çaba verir və eyni zamanda- Aşıq yerdə can verən bir qəhrəmandır.
Onun ölümündən zövq alan cəlladın – tam mənəvi düşkünlüyünü, acımasızlığını film kimi canlandırır.
Aşığın iki körpəsinin ölümü – simvolik soyqırım kimi yada düşür.
"İki körpə quzusu ölüb at ayağında,
Diri-diri gömülüb üçü göz qabağında.”
Diri-diri gömülüb üçü göz qabağında.”
Buradakı körpə quzular həm məzlumluğu, həm də uşaqlığı simvollaşdırır. “Diri-diri gömülmək” – artıq insanlığa qarşı törədilmiş cinayətin qəddarlığını əks etdirir.
Şeirdə dqqətimi çəkən məqamlardan biri də Çillə mövzusudur.
“Bala dağı qəlbinin başında şö'lə çəkir,
Kiçik Çillə günündə nə böyük çilə çəkir.”
Kiçik Çillə günündə nə böyük çilə çəkir.”
“Bala dağı” ifadəsi yeni bir əsərin bünövrəsini qoyur, bu ifadəni konkret yer adı kimi də işlətmək olar. Həm də qəlbindəki dağ kimi simvolik məna daşıyır. Mənim "Əli dağı" romanım da belə bir şifrəlidir, üç mənanı özündə birləşdirən addır.
Kiçik çillədə böyük çilə – fiziki soyuqla mənəvi soyuğun üst-üstə düşməsini, çoxqatlı əzabını çox ustalıqla göstərir gənc şair. Bu yaşda bu düşüncəyə malik olmaq fitri istedadın göstəricisidi.
Zaman-zaman erməni vəhşiliyinə məruz qalan Azərbaycanlıların mədəni soyqırımı kimi sazın susdurulmağını yanğı ilə verir.
“Daşnak başda aşığın əlindən aldı sazı,
Göz dağı vermək üçün daşlara çaldı sazı.”
Göz dağı vermək üçün daşlara çaldı sazı.”
Burda şeirə nöqtə də qoymaq olardı, mədəniyyətin zorla susdurulması kimi bu misralar final ola bilərdi. Sazın əlindən alınması – xalqın ruhunun əlindən alınmasıdır.
“Daşlara çalınan saz” – daş ürəklərə, qulaq asmayanlara, amansızlara ünvanlanmış son fəryad kimi yozulur, diqqət çəkir.
Bu şeir həm sənətkarlıq baxımından, həm də ictimai-siyasi mesajlar baxımından güclü bir əsərdir. Mən üç tarixi romanın müəllifi kimi deyə bilərəm ki, Həsən Lütfinin güclü təxəyyülü var və o istəyərsə çox güclü əsərlər yaza bilər. Bu şeirdə mən bir neçə ayrı-ayrılıqda hekayə gördüm və böyük bir roman oxumuş oldum. Məsələn; Təbiət, aşıq, saz, somavar, körpələr və erməni vəhşiliyi...
Xalqın dərdi, musiqisi və sözünün zorla susdurulmasını, Azərbaycan xalqının çəkdiyi tarixi faciəni poetik dildə ifadə edir. Və bu yalnız fərdi faciə deyil – bu bir millətin tarixi yaddaşıdır.
Burda şeirin əsas qəhrəmanı – Nəcəf – bir aşıq obrazıdır. Onun simasında bir bütöv nəsil, bir zəngin sənət irsi, saz və söz mədəniyyəti, elin yaddaşı yaşayır və... yanır.
Bu nə kədərli tale, nə uğursuz yazıdır -
Samavarda alışan Nəcəfin öz sazıdır.
Samavarda alışan Nəcəfin öz sazıdır.
Şair tale ilə yazını (yazı -qismət) qarşılaşdırır, amma bu yazının adi yox, kədərli və uğursuz olduğunu vurğulayır. Saz aşıq sənətinin simvoludur, lakin burada o samavarda alışır, yəni həm fiziki, həm də simvolik yanma baş verir. Saz artıq musiqi aləti deyil – yanan bir ömrün, qovrulan yaddaşın simvoludur.
Şeirin ənn ağrılı misralarından biri də aşağdakı misralardır:
O odda neçə qoşma, neçə gəraylı yanır,
Saysız gözəlləmələr haylı, haraylı yanır.
Saysız gözəlləmələr haylı, haraylı yanır.
Burda sazda yanan qoşmalar, gəraylılar – yəni aşıq sənətinin janrlarıdır. Bu, sadəcə bir insanın yox, bütöv bir poeziya irsinin yanması anlamına gəlir. "Haylı, haraylı" – bu yanmanın sakit deyil, fəryadlı olduğunu göstərir.
Digər misralarda şairin düşüncəsi qarşısında təhlil belə aciz qalır:
Yanır "Yanıq Kərəmi", tutuşur "Baş Sarıtel",
Yağının sönməz kini yağsa gürşad, qopsa sel.
Yağının sönməz kini yağsa gürşad, qopsa sel.
Burada konkret saz havaları çəkilir: "Yanıq Kərəmi", "Baş Sarıtel". Bu havalar həm aşığın yaddaşını oyadır, həm də millilik, tarixilik qatını artırır. "Yağının kini" – yəni düşmənin qəzəbi – Nəcəfin içindəki atəşi daha da körükləyir, alovlandırır...
Nəcəf yanır, gözündə canlanır ötən həyat,
Kirpiyində yaşarır yada düşən xatirat:
Kirpiyində yaşarır yada düşən xatirat:
Burada yanmaq artıq fiziki deyil, ruhani yanmadır, duyğuların yanmasıdı. Nəcəf öz keçmişini xatırlayır, göz yaşları ilə birlikdə xatirələr dirilir. Bu hissə həm nostalji, həm də fəlsəfi bir üslubla qurulub. Nəcəf ölərkən xatirələr dirilir...
Daşkənd, ustad Ələsgər, saza ram olduğu gün,
Beş-altı il şəyirdlik, sanagəlməz toy-düyün..
At belinə əyləşən al duvaqlı Gülüstan,
Evinə gəlin gələn o ay üzlü mehriban...
Ürəkaçan Təbrizin açıq qardaş süfrəsi,
Dostu Əsədlə ona on telli saz töhfəsi...
Beş-altı il şəyirdlik, sanagəlməz toy-düyün..
At belinə əyləşən al duvaqlı Gülüstan,
Evinə gəlin gələn o ay üzlü mehriban...
Ürəkaçan Təbrizin açıq qardaş süfrəsi,
Dostu Əsədlə ona on telli saz töhfəsi...
Bu üç bənd misrada keçmiş xatirələr alovun dəhşətindən öləzimiş gözlərdə canlanır:
Nəcəfin sənətə başlamağı,Ustad Ələsgər, Daşkənd, şəyirdlik illəri, ailəli həyatı (Gülüstan)və sanki bu ayrıca hekayədi...
Şair burda geniş əhatəli bir mövzuya toxunur. Dostluq, Təbrizdəki qardaşlıq, milli birlik və səmimiyyətin timsalı.
Şeirdə hər detal bir ömür yolunun mərhələsini təmsil edir.
Könül verdiyi düzlər, dastan qoşduğu dağlar,
Sevimli Göyçə gölü, qaynayan buz bulaqlar...
Bütün bunlar yuxumu? O bilmir, o qovrulur,
Sonunda son nəfəsi sonsuzluğa sovrulur.
Sevimli Göyçə gölü, qaynayan buz bulaqlar...
Bütün bunlar yuxumu? O bilmir, o qovrulur,
Sonunda son nəfəsi sonsuzluğa sovrulur.
Bu final bəndlərində reallıqla xəyallar qarışır. Aşıq Nəcəf artıq ayırd edə bilmir – gördükləri xatirədirmi, yuxudurmu, yoxsa ölümqabağı keçiddirmi? Amma fiziki olaraq qovrulur, ruhani olaraq isə əbədiyyətə sovrulur – sonsuzluğa gedir.
Bu şeir, mən əsər deyərdim, Aşıq sənətinə sayğı ilə yazılıb, tarixi və mədəni yaddaşımızı əks etdirir, yanan sazla yanan ömrü, yanmaqla ölümə keçidi birləşdirir,
Nəcəfin timsalında bir xalq yaddaşının və mədəni irsin faciəsini anladır.
Bu, sadəcə bir fərdin taleyi deyil – bir nəsil, bir diyar, bir mədəniyyətin yanğısıdır.
Bu iki misralıq beytdə çoxqatlı poetik ifadə və simvolik mənalar yer alır. Gəlin hər iki misranı ayrı-ayrılıqda və birgə şəkildə təhlil edək:
Küllü təpə, mənzərən bizi külə döndərir,
Sənin 'yandım' səsinə qərinələr səs verir!
Sənin 'yandım' səsinə qərinələr səs verir!
Küllü təpə dedikdə, göz önündə yanmış, yanğın keçirmiş təpə, keçmişin, dərdin, ağrının yığıldığı bir məkan canlanır..
"Mənzərən bizi külə döndərir" – Bu ifadə olduqca güclü poetik ifadədi. Burada "mənzərə" sadəcə bir görüntü deyil, həm də o təpənin keçmişi, xatirəsi, faciəsi, yaşanmış acıları da ola bilər. Bu mənzərə o qədər təsirlidir ki, baxanları “külə” çevirir – yəni, daxildən yandırır, kül kimi zərrələrə bölür.
Qərinələr səs verir – "Qərinə" sözünün klassik anlamı uzun zaman kəsimi deməkdir. Bir qərinə – 33 il götürülürsə, deməli, bu "yandım" fəryadına keçmiş əsrlər cavab verir, bu ahın sədası tarix boyunca eşidilir, yəni bu dərd fərdi deyil, ümummilli və ya ümumbəşəri dərddir. O qədər güclü, o qədər köklüdür ki, zamanın özündə əks-səda doğurur.
Beləliklə, bacardığım qədəri Həsən Lütfinin bir şeirinin ətrafında gəzişərək gördüyüm mənzərəni sizlərlə bölüşürəm və şairdən daha böyük əsərlər gözləyirəm.
Və sonda istetadlı şairimiz, gənc qəzəlxan Həsən bəyə bol-bol yaradıcılıq uğurları arzulayıram.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay