Qardaşlıq səngərində
Azərbaycanlı gənc Orucov Əfqan Ukraynada Qəhrəmanlıq nümayiş etdirib əbədiyyata qövuşdu.


Ukraynada davam edən müharibə sadəcə bir dövlətin mübarizəsi deyil, həm də ədalət və azadlıq uğrunda bütün dünyanın sınağıdır. Bu savaşın cəbhə bölgələrində igidliklə vuruşanlar arasında azərbaycanlı gənclərin də olması qürurvericidir. Onlar doğma vətəndən uzaqda olsalar da, öz mərdliyi və fədakarlıqları ilə qəhrəmanlıq dastanı yazırlar.Azərbaycan gəncləri Ukrayna xalqının yanında dayanaraq həm qardaşlıq borcunu yerinə yetirir, həm də dünyaya göstərirlər ki, ədalətə inanan insanlar sərhəd tanımır. Onlar həyatlarını riskə ataraq müharibənin ən ağır məqamlarında döyüşür, düşmənə qarşı sinə gərirlər. Bəziləri şəhidlik zirvəsinə yüksələrək öz adlarını həm Ukraynanın, həm də Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazdırıblar.

Ukraynanın şərqində, küləkli və dumanlı bir səhər idi. Səngərdə dayanmış gəncin əlində silah vardı, amma gözləri uzaqlarda – doğma Bakının küçələrində, uşaqlıq illərinin xatirələrində gəzirdi. Onun adı Əfqan idi.
O, 32 yaşında idi. Müharibəyə könüllü qatılmışdı. Anası əvvəlcə etiraz etmişdi, amma o demişdi:– “Əgər kimsə dostuna çətin gündə kömək etmirsə, o, insanlıq borcunu itirir. Mən Ukrayna üçün döyüşməklə həm də Azərbaycanın adını qoruyuram.”
-“Biz buraya şərəf və dostluq üçün gəlmişik. Ədalətin yanında olmaq hər bir azərbaycanlının borcudur.”
- “Bizim üçün bu müharibə sadəcə Ukraynanın deyil, bəşəriyyətin müharibəsidir” –
-“Ədalət uğrunda mübarizə aparmaq mənim seçimimdir.”-Əfqanın devizi belə idi.

Səngərin o biri tərəfində Suren və Seryoja da vardı – hər ikisi də müxtəlif xalqın övladları idilər. Onlar Əfqanla birgə döyüşürdülər. Ən çətin anlarda bir-birlərinə dayaq olur, doğma qardaş kimi çiyin-çiyinə dayanırdılar. Onların hamısında bir ortaq cəhət var: vətənpərvərlik və fədakarlıq.


Bir gün düşmən hücuma keçdi. Səngərləri mərmilər silkələdi, havada tüstü və barıt iyi dolaşdı. Əfqan yoldaşlarını qorumaq üçün irəli atıldı. Onun fədakarlığı sayəsində bölük ağır itkilər vermədi. Döyüşdən sonra hər kəs dedi ki, əgər Əfqan olmasaydı, vəziyyət daha ağır ola bilərdi.
Ukraynalı əsgər Suren də bu azərbaycanlı gəncin Əfqanın igidliyinə heyran qalmışdılar. O,Əfqana yaxınlaşıb belə dedi:– “Siz bizim üçün yalnız döyüşçü deyilsiniz. Siz bizim qardaşımızsınız.”
Əfqan təbəssümlə cavab verdi:– “Qardaşlıq səngərlərdə yox, qəlbdə yazılır. Biz burada ədalət üçün döyüşürük. Doğma Qarabağımızda da haqlı olduğumuz üçün biz qalıb olduq. .”

Günlər keçdikcə müharibənin ağırlığı daha çox hiss olunurdu. Amma bu gənclərin mərdliyi səngərlərdə bir işıq kimi parlayırdı. Onlar bilirdilər ki, qəhrəmanlıq yalnız vətənin deyil, insanlığın da müdafiəsidir.
Əfqanın hekayəsi təkcə bir döyüşçünün taleyi deyil, Azərbaycan gənclərinin xarakterini əks etdirirdi: mərd, fədakar, dostluğa və ədalətə sadiq.
Keşməkeşlı həyat hekayəsi olan bu gəncin uşaqlıqdan ta bu günə kimi, qeyri-adi xarakterə malik olması hamını heyran edirdi.Təhsil almaq üşün Kiyev şəhərini seçən, sevdiyi peşəsini daha da yaxşı mütəxəssisi olmaq üçün Kiyev Politexnik Universitini bitirdikdən sonra yenicə işləməyə başladığı zaman məlum müharıbə başladı.Əfqan da digər gənclər kimi döyüşə qatılmağı,müqəddəs Ukrayna torpaqları uğrunda döyüşməyi özünə borc bildi.Çünkü o həmişə haqlının yanında olmağı sevirdi,həyat onu belə yetişdirmişdi.


Müharibə başlayan andan könüllü kimi müharibəyə qatılan Əfqan üç illik müqavilə bağlamış, müddət bitdikdən sonra yenidən müqavilənin müddətini artırdı.İki ay yarım yeni müqavilə ilə döyüşürdü ki,…öz həyatı yarımçıq qaldı.
19 avqust 2025-ci il onun son döyüşü oldu.İki nəfər yüksək rütbəli zabit yoldaşı ilə keçrilən hərbi əməliyyat zamanı onların olduqları yerə düşən raket zərbəsi hər üçünün həyatını sonlandırdı.
Bu yaxınlarda aldığı gizir rütbəsi ilə çox öyünərdi Əfqan.Həmişəlik həyatını hərbiyə həsr etməyə qərar vermişdi.Dəfələrlə döyüş zamanı yaralanmış, dəfələrlə Ukrayna Prezidenti tərəfindən orden və medallarla təltif olunsa da,yenə də ön cəbhədə olmağa can atırdı.Sankı ölməyəcək kimi davranırdı.Amma heyf ki , belə olmadı…
Daim intizarda olan, gündə dəfələrlə mənən ölüb-dirilən anası Elmira xanım təsəlli olmaq üçün son vaxtlar sahibsiz heyvanlara meyl salmışdı.Sanki balasına tumar çəkirmiş kimi hər gün onları yemləyir və tumarlayırdı.
-“Bəlkə, sahibsiz heyvanlara göstərdiyim qayğı ovsanaya keçəcək, Əfqanımı, ciyərparamı,yeganə varlığımı allah hifs eləyəcək”-deyə o düşünürdü…
Məlum üək dağlayan xəbərdən beş saat öncə anası ilə görüntülü danışmış,həmişəki zarafatı ilə
Bu gün Ukraynanın səngərlərində yazılan bu hekayə sabah gələcək nəsillərə qəhrəmanlıq dərsi olacaq.

Döyüş bölgəsindən gələn xəbərlər göstərir ki,bu gün də azərbaycanlı gənclərin igidliyi yerli əhali tərəfindən böyük hörmət və minnətdarlıqla qarşılanır. Onların göstərdiyi şücaət bir daha sübut edir ki, Azərbaycan övladları hər zaman dostluğa, həmrəyliyə və azadlıq ideyalarına sadiqdirlər.
Bu gün Ukraynada vuruşan gənclərimiz təkcə silahdaşlarına deyil, bütün xalqa ruh yüksəkliyi bəxş edirlər. Onlar sübut edirlər ki, qəhrəmanlıq yalnız doğma torpaqda deyil, həm də insanlığın müdafiəsi naminə sərgilənə bilər.

Səngərin o biri tərəfində isə həyatını itirmiş bir gəncin –Əfqanın xatirəsi var. Döyüş yoldaşları onu ehtiramla yad edir. Onların sözlərinə görə, həmin azərbaycanlı gənc öz bədənini sipər edərək döyüş yoldaşlarını xilas edib. Bu hekayə hər kəsin dilindədir.
Bu gün Ukraynalılar da bu qəhrəmanlığa biganə qalmır. Onlar azərbaycanlı gənclərə minnətdarlıqla yanaşır, onları “qardaş” adlandırırlar. Bir yerli sakin, yüksək vəzifə sahibi Oleq belə dedi:“Bu gənclər öz doğma vətənlərini qoyub burada,Ukrayna torpaqlarının müdafiəsində canları, qanları bahasına döyüşürlər. Bu, böyük fədakarlıqdır. Biz bunu heç vaxt unutmayacağıq.
Bəli, bu gün qəhrəmancasına həlak olmuş Azərbaycanlı balası Orucov Əfan Hümbət oğlu heç vaxt unudulmayacaq. O, Ukrayna xalqının qəlbində daim yaşayacaqdır.
Azərbaycan gənclərinin qəhrəmanlığı səngərlərdə yazılır. Onlar təkcə silah tutan döyüşçü deyil, həm də dostluğun, həmrəyliyin və insanlıq borcunun canlı nümunəsidirlər.
Ukrayna torpaqlarında atılan hər bir mərd addım gələcək nəsillər üçün qəhrəmanlıq dərsidir. Və bu dərsin şərəfli səhifələrindən birini Azərbaycan gənci- Əfqan Orucov yazdı.


Başın sağ olsun Ukrayna xalqı,basin sağ olsun Elmira xanım.Allah Sizə səbr versin.Allah Azərbaycan xalqına səbr versin.Məkanı cənnət, qonşuları mələklər olsun.
Rəfael Seyidov-jurnalist

Son xəbərlər

21 yaşlı oğlan küçədə infarktdan öldü - Foto

Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

Buraxılış və qəbul imtahanlarının vaxtları açıqlandı

Bakıda 5 nəfər dəm qazından öldü - Birinin 10 yaşı var - Yenilənib

Qrenlandiyanın hər sakininə 1 milyon dollar vəd edir - Bir şərtlə

“Azeri Light” bu gün neçəyə satılır?

Prezident “Qarabağ”ı belə təbrik etdi - “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq...”

Sosial müdafiəyə xüsusi ehtiyacı olanların təhsil haqqını dövlətin ödəyəcəyi hallar müəyyənləşir

Mən sehrbaz deyiləm - “Ayntraxt”ın baş məşqçisi

İlham Əliyev Hardi ilə görüşdü - FOTOLAR

Qurban Qurbanov: Hakimin qərəzli qərarı ilə bağlı ən yaxşı şərhi Prezident verib

Prezident “Qarabağ”ı belə təbrik etdi - “Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq...”

4-4-lük gecədən geriyə qalanlar... - Fotolar

Bəhlul Mustafazadənin qolu tarixə düşüb

Sumqayıtda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Tramp Avropaya tarifləri dayandırdı

“Qarabağ” indi neçənci yerdədir? - Foto

"Qarabağ" son dəqiqədə möhtəşəm qələbə qazandı

Paşinyan İsveçrəyə getdi

"Qarabağ"dan üçüncü qol - YENİLƏNİR

Çempionlar Liqası: “Qarabağ”-“Ayntraxt” oyununda ikinci hissə başlayıb YENİLƏNİB-4

Yasamalda çoxmərtəbəli binada yanğın olub

"Aile saadeti"nin aktyoru yeni serialda

İlham Əliyev Marta Kosla görüşdü

Prezident və ailə üzvləri panel iclasında

G7 iclası təxirə salındı

Avropada böyük narkotik şəbəkəsi çökdürüldü

Uyğunsuz videosu yayılan müəllim işdən çıxarıldı

Bütün xəbərlər
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031