Xəbərlər
23.08.2025, 00:43
RAUF İLYASOĞLU : Dost var , xəstə olsan yanında yatar - FOTO
Dost var
Tərbiyəsiz adamla yoldaşlıq etmə,bala,
Sərt olsan gözünü oyarlar sənin.
Nə qədər can desə inanma ona,
İçib məsxərəyə qoyarlar səni.
Dost var, çörəyini səninlə bölər,
Dost var ki, arxada, dalınca gülər,
Bir acı söz desən özünə gələr,
Sonra nəşələnib döyərlər səni.
Dost var öz dərdini dərdinə qatar,
Dost var , xəstə olsan yanında yatar,
Dost var öz dostunu aldadıb atar,
Nöqsanın söyləsən söyərlər səni.
Dost var ki, aranı kosa tək qatar,
Səni görən zaman qaşların çatar.
Rauf belələrin qəlbindən atar
Görüş məclisində əyərlər səni.
Sərt olsan gözünü oyarlar sənin.
Nə qədər can desə inanma ona,
İçib məsxərəyə qoyarlar səni.
Dost var, çörəyini səninlə bölər,
Dost var ki, arxada, dalınca gülər,
Bir acı söz desən özünə gələr,
Sonra nəşələnib döyərlər səni.
Dost var öz dərdini dərdinə qatar,
Dost var , xəstə olsan yanında yatar,
Dost var öz dostunu aldadıb atar,
Nöqsanın söyləsən söyərlər səni.
Dost var ki, aranı kosa tək qatar,
Səni görən zaman qaşların çatar.
Rauf belələrin qəlbindən atar
Görüş məclisində əyərlər səni.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



