Xəbərlər
30.07.2025, 00:31
Arzu Yaqub qızı : Səni güldən xəbər aldım - FOTO
Səni güldən xəbər aldım,
Güllər tökdü ləçəyini.
Elə bil körpə kimisən,
Yığmaq olmur bələyini.
Hey özünü düşünürsən,
Düşündükcə sıxılarsan.
Elə bilmə çox möhkəmsən,
Külək dəysə yıxılarsan.
Getdiyin yollar dolaşıq,
Bir düyününü aç görək.
Vallah bilinmir ki nədir,
Köksündəki daşmı, ürək?
Tanındıqca tanınmazsan,
Pis demədim axı sənə.
Belə gizlətmə özünü,
Tanışdır bu gediş mənə.
Boxçalayıb toplamısan,
Deyəcəyin sözlərini.
Kiminsə göz yaşlarına
Girov qoy öz gözlərini.
Aç gözünü haqqa sarı,
Haqqı sevən darda qalmaz.
Çamurluğa düşsə belə,
Qiymətin itirməz almaz.
Səni güldən xəbər aldım,
Gül tökdü qaş- qabağını.
Gül neyləsin , axı çoxdan
Sındırmısan budağını.
Güllər tökdü ləçəyini.
Elə bil körpə kimisən,
Yığmaq olmur bələyini.
Hey özünü düşünürsən,
Düşündükcə sıxılarsan.
Elə bilmə çox möhkəmsən,
Külək dəysə yıxılarsan.
Getdiyin yollar dolaşıq,
Bir düyününü aç görək.
Vallah bilinmir ki nədir,
Köksündəki daşmı, ürək?
Tanındıqca tanınmazsan,
Pis demədim axı sənə.
Belə gizlətmə özünü,
Tanışdır bu gediş mənə.
Boxçalayıb toplamısan,
Deyəcəyin sözlərini.
Kiminsə göz yaşlarına
Girov qoy öz gözlərini.
Aç gözünü haqqa sarı,
Haqqı sevən darda qalmaz.
Çamurluğa düşsə belə,
Qiymətin itirməz almaz.
Səni güldən xəbər aldım,
Gül tökdü qaş- qabağını.
Gül neyləsin , axı çoxdan
Sındırmısan budağını.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









