
Xəbərlər
9.07.2025, 21:36
Brilyant Qurbanova : Yatır orda bir xəzinə,dəfinə - FOTO
Keçirsən
Axşam, səhər sən neçə yol xəyaltək,
Boylanaraq gözlərimdən keçirsən.
Atəşindən odda yanan könlümü,
Bulud olub,leysan töküb keçirsən?
Gəl ağlatma vurub könül dəfinə,
Yatır orda bir xəzinə,dəfinə,
Sızladırsan sinəm boyda dəfi nə?
Hərdən məni ürəyindən keçirsən?
Həyat nərddi,düz tüşməyən zəri var,
Hər boyada bəzəyi var,zəri var,
Allah,göndər bu Atəşə zər avar,
Gözlə - qaşdan bir az ara keçir sən.
Boylanaraq gözlərimdən keçirsən.
Atəşindən odda yanan könlümü,
Bulud olub,leysan töküb keçirsən?
Gəl ağlatma vurub könül dəfinə,
Yatır orda bir xəzinə,dəfinə,
Sızladırsan sinəm boyda dəfi nə?
Hərdən məni ürəyindən keçirsən?
Həyat nərddi,düz tüşməyən zəri var,
Hər boyada bəzəyi var,zəri var,
Allah,göndər bu Atəşə zər avar,
Gözlə - qaşdan bir az ara keçir sən.
09.07.2025.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











