Xəbərlər
29.06.2025, 22:47
Pakistan Ordusu ölkənin cənub-qərbində iki terrorçunu zərərsizləşdirib
Pakistan Ordusu Bəlucistan əyalətində keçirdiyi antiterror əməliyyatı zamanı azı iki yaraqlını zərərsizləşdirib.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 28-də Pakistan hərbçiləri Duki dairəsini ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Hindustan” qruplaşmasının yaraqlıları olub. Qarşıdurma zamanı iki terrorçu zərərsizləşdirilib, daha iki silahlı isə saxlanılıb.
Xidmət bildirib ki, hərbçilər arasında itki yoxdur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay