
Xəbərlər
13.06.2025, 22:43
M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində 15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirildi.
13 iyun 2025-ci il tarixində DŞRMİ-nin tabeliyində olan M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində 15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda dəyirmi masa keçirildi.
Turaztv.az xəbər verir tədbirdə muzeyin direktoru Rəqsanə Xəlilzadə çıxış edərək 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu və həmin gün dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edildiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırır. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət ,dövlətimizin müstəqilliyinin qorunması , möhkəmlənməsi, həmçinin ərazi bütövlüyümüzün təmin olunması Ulu Öndər Heydər Əliyevin qoyduğu təməlin bariz nümunəsidir.
Sonda muzeyin əməkdaşı çıxışında Azərbaycanın memarı olan Ulu Öndərin xilaskarlıq missiyasından, Şanlı Ordumuzun qazandığı böyük zəfərdən bəhs etdilər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






