Göygöldə minik avtomobilləri toqquşub, xəsarət alan var
Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.