Fransa hakimiyyəti Alp-Dəniz departamentində elektrik enerjisinin kütləvi kəsintisi ilə nəticələnən enerji obyektlərinin qəsdən məhv edilməsini araşdırır.

"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə mənbəyə istinadən BFMTV telekanalı məlumat yayıb.

Bildirilir ki, Vilnev-Lubet kommunası ərazisində yüksək gərginlikli elektrik verilişi xəttinin konstruksiyasının dəmir dayaqları kəsilib, həmçinin özüldəki dörd dayaqdan üçü mişarla kəsilib.

Bu səbəbdən dirək kəskin şəkildə əyilib və nəticədə mayın 24-də səhər naqillər qoparaq 160 min evi işıqsız qoyub. Bundan əlavə, Tanneron kommunasında (Var departamenti) elektrik yarımstansiyasında yanğın əlamətləri aşkar edilib. Bu, gecə saatlarında bölgədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Fransanın Milli Terrorla Mübarizə Prokurorluğundan jurnalistlərə bildirilib ki, onlara bu işi araşdırmaq üçün hələ təyinat verilməyib və hücum edənlərin hərəkətləri hazırda terror aktı kimi qiymətləndirilmir.

Hazırda RTE və "Enedis" enerji şirkətlərinin mütəxəssisləri elektrik şəbəkəsinin bərpası istiqamətində işləri davam etdirirlər. Onlar yaxın bir neçə saat ərzində enerjinin bərpa olunacağını proqnozlaşdırırlar. Bu arada departamentdə, xüsusilə Kann kommunası ərazisində təkcə elektrik enerjisi ilə deyil, həm də mobil rabitə ilə bağlı problemlər yaranıb və regionda qatarların hərəkəti pozulub. Antibes kommunasında nasos stansiyaları söndürülüb. By səbəbdən şəhər rəhbərliyi hətta müvəqqəti olaraq dənizdə çimməyi qadağan edib.

Son xəbərlər

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31