“ÖMRÜMƏ BƏZƏK ŞAGIRDLƏRİM”
BU KITABIN TƏQDİMATINDAN ALDIĞIM TƏƏSSÜRATLARIM
... Məktəb illəri - ömrün ən şirin, duyğulu, qayğısız günləri...

İnsan həyatında elə günlər olur ki, lap elə yaş yüzü haqlasa da, unudulmur. Belə yaddaqalan günlərdən biri də məktəbə getdiyimiz ilk gündür. Hər birimizin yaddaşında kök salan, özündə acılı-şirinli xatirələri qucaqlayan o illərin ilk başlanğıc tarixi...
Hər il sentyabrın 15-də ölkəmizdə tədris və təhsil müəssisələrində yeni dərs ili başlayır. Həmin günü birincilər də, onların valideynləri də, yaxın qohumları da həsrətlə gözləyir, hər bir şagird, müəllim yeni dərs ilindən məktəbə qovuşmaq ümidi ilə səhərini açır. Nəhayət, intizarla gözlənilən gün gəlib çatır. Beləcə müəllim, valideyn və şagirdlərin günlərlə davam edən məktəb hazırlığı və həyəcanı həmin gün məktəbin həyətində təşkil edilmiş möhtəşəm tədbirlə sona çatır. Yeni dərs ilinin başlanmasına hər kəsdən çox sevinən isə təbii ki, birincilər olur.
Valideynlər övladlarının yeni bir həyata, məktəbə qədəm qoymalarına sevinirlər, balaca fidanlar isə məktəbli olmaqlarına. Həmin gündən məktəb onların da ikinci evlərinə çevrilir. Həyatlarının on bir ilini sığışdıracaqlar elm, bilik ocağına. Bu yolda ən böyük dəstəkçiləri, himayədarları isə şübhəsiz ki, ibtidai sinif müəllimləri olacaq.


Bir neçə ay ərzində şagird üzünə həsrət qalan məktəb həmin gün yenə səsə-küyə qərq olur, sanki yenidən canlanır. Valideyninin əlindən tutub səbirsizliklə məktəbə daxil olmağı gözləyən, sevinən, həyəcanlanan kim, isti ana nəfəsindən, ailə mühitindən bir neçə saatlıq ayrıldığı üçün ağlayan kim... Saçlarına qar kimi ağ lentlər bağlayan, səliqəli geyimli məktəbli qızların sevinci üzlərindən oxunur. Bax, bunlar məktəbin yeni dərs ilinə başlanğıcının, məktəblilərin hazırlıqlarının ilkin təzahürləridir…
Əmək fəaliyyətinin 42 ilini pedaqoji sahəyə ayıran, ilk günlərdən çalışdığı sahədə özünün işgüzarlığı, yüksək nəzəri və əməli biliyi ilə diqqəti cəlb edən müəllimlərdən biri də İ. Həsənov adına şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, qabaqcıl təhsil işçisi, 2005 -ci ildə ölkə Prezidenti tərəfindən " Tərəqqi medalı" ilə mükafatlandırılmış Aida Şahvələd qızı İskəndərovadır.

Pedaqoji fəaliyyətin əsasını təşkil edən həlledici amil şagirdləri və öz işini sevməkdir. A.İskəndərova həm peşəsini, həm də şagirdlərini çox sevən müəllimdir. Uşaqlara böyük məhəbbətlə yanaşı, Azərbaycan dili və ədəbiyyatı fənninə qarşı maraq oyatmaq, daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf bu müəllimin dəyərli xüsusiyyətlərindəndir.
Müəllimin əlində digər peşə sahiblərindən heç birində olmayan bir imkan var: həyatın dərk edilməsi və biliklərin əldə olunması yolunda öz şagirdi ilə yanaşı getmək, onunla bərabər öyrənmək və kamilləşmək. Aida xanımın da əlində belə bir imkan həmişə olub.

Onun bu yaxınlarda pedaqoji fəaliyyətini dolğunluğu və əhatəliliyi ilə əks etdirən “Ömrümə bəzək şagirdlərim” adlı kitabı işıq üzü gördü. Baharın gəlişi ilə üzs-üstə düşən kitab təqdimatında mən də iştirak etdim. Məni bu tədbirə uzun illərin yaxın dostu, qələmdaşım, “Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev dəvət etmişdi. Olduqca maraqlı keçən tədbirdə iştirak edənlərin ürəkləri dolu idi. Elə bil bahar bu tədbirə xüsusi təravət gətirdi, daha da rövnəqləndirdilər.
Tədbirboyu çıxış edən ziyalıların, müəllim-pedaqoqların, Aida xanımın yetirmələrinin fikirlərinə qulaq asdıqca nəinki azyaşlıların, hətta yuxarı sinifdə oxuyan şagirdlərin də ilk dərs günü sevinclərinə, bir çoxunun hələ ətrafında nə baş verdiyini bilməyib mat qalmağına baxaraq bir anlıq mən də məktəb illərimi, ilk dərs günümü xatırladım. O çağlar ki nə qayıtmaq olur, nə də yenidən yaşamaq. İllər yel qanadlıdır... Sadəcə bir “A” hərfindən başlayıb dünyanın bütün möcüzələrinə doğru cığır açan həyatımızın bu anları illər keçdikcə daha çox xatırlanır. Arxada qalmış bir az həyəcanlı, bir az səksəkəli, bir az sevincli, qayğısız, şən zarafat və gülüş dolu o anları xatırladıqca, boy atıb böyüyən, məktəb yollarına izi düşən doğmalarımızı, yaxınlarımızı gördükcə o illər hər birimiz üçün dünən qədər yaxın olur. Həmin gün kitabın təqdimatına toplaşmış vaxtilə Aida xanımın sinfində partalar arxasında əyləşən yetirmələrinin də məktəb illərini illər sonra xoş bir xatirə olaraq ehtiramla, minnətdarlıqla yada salmalarının şahidi oldum.

“Ömrümə bəzək şagirdlərim” kitabının işığına toplaşmış ziyalılar öz çıxışlarında bildirdilər ki, A.İskəndərova onun qarşısında ətrafdakı hadisələri öyrənməyə çalışan və bütün bunları öz prizmasından keçirib dərk etmək istəyən, geniş açılmış, alışıb-yanan gözlərini müəllimə dikən şagirdlərini öz ölkəsinə və millətinə layiqli vətəndaşlar kimi yetişdirir. O bilir ki, şagirdlərin gələcək həyatı, fəaliyyəti, uğurları, hətta taleyi də birbaşa müəllimdən asılıdır. Kitabda yer almış Əməkdar müəllim, təhsil veteranı Şəfaqət Rəsulovun, Əməkdar müəllim Mirvari Musayevanın, N.Beytiyev adına 6 saylı tam orta məktəbin tarix müəllimi, metodist-müəllim Aybəniz Əsədovanın, “Tərəqqi” medallı müəllim, AYB-nin üzvü, “Qızıl qələm” mükafatı laureatı Hacıməmməd Məmmədovun, İsmayıllı şəhər 1 saylı orta məktəbin direktoru Gündüz Qədirovun, bu məktəbin direktor müavini Nurlan Baxşıyevin və dərs hissə müdiri Sənayə Eyyubovanın, filologiya üzrə fəlsəfə doktoru, şəhər E.Məmmədov adına 3 saylı məktəb-liseyin müəllimi Sevda Qasımovanın, “Neft daşları” qəzetinin baş redaktoru, yazıçı-jurnalist, H.B.Zərdabi və “Qızıl qələm” mükafatları laureatı Xeyrulla Ağayevin, İsmayıllı RİH-də Sənədlər vəvətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri, Aida xanımın sinif yoldaşı Nazim Səfərovun, digər müəllimlərin, ziyalıların kitabda verilmiş yazılarından da Aida İskəndərovanın xarakteri, pedaqoji fəaliyyətinin məziyyətləri aydın görünür. Əməkdar müəllim Şəfaqət Rəsulovun fikrinə görə, adi həyatda çox sakit, müsahibi ilə yavaş tonda danışmağı xoşlayan, mübahisə etməyi sevməyən Aida müəllim sinifdə çox işgüzar, həssas, bütün şagirdlərinin fəaliyyətini izləyə bilən, incə səs diapozununa malik, çevik müəllimdir. “Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayevin yazısından bir fikri sitat kimi qeyd etmək istəyirəm: “….Bəli, gələcək nəsillərin yaddaşına bu dəyərləri məhz bu dəyərlərin ən yaxşı yaradıcılarının timsalında köçürməliyik. Yaşatmaq lazımdır, öyrənmək üçün. Həyatı, yaşamağı, mübarizə aparmağı, örnək olmağı, ən əsası İNSAN olmağı belə insanlardan öyrənməliyik. Aida müəllim kimi insanlardan… Məktəbə bağlı taleyi ilə məktəb olmuş zəngin şəxsiyyət…”

A.İskəndərova bu gün də öz zəhmətinin bəhrəsini görəndə, biləndə ki, şagirdlərinə biliklər verməklə yanaşı, onlarda yeni potensial aşkar edib, uşaqlarda özünəinam aşılayıb, bu zaman böyük iftixar hissi keçirir. Sevinir ki, Allah ona misilsiz bir hədiyyə edib və o, Müəllim olub. Bu hissləri həmin tədbirdə də çöhrəsindən sezmək olurdu...

Son xəbərlər

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gündən uşaqların I sinfə qəbulu başlayır

RZA MAHMUDOV - 90

“İranın buna ehtiyacı yoxdur” - Marko Rubio

VAQİF VÜQAR : TƏZADLI DUNYAM - FOTO

Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazanıb

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Yeni layihəsi bəlli oldu

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

“Konyaspor” son dəqiqə qolu ilə finala yüksəldi

LİLPAR CƏMŞİDQIZI : Cənnətin ətrin duyandan bitməyir ünvanə eşq - FOTO

ABŞ İrana məhdudiyyətlərdən yayınmağa kömək edən istənilən quruma sanksiya tətbiq edəcək

Gənc aktrisa Moskvada qəzada həlak oldu

"Kıskanmak"ın aktrisası yeni serialda - FOTO

Kim deyər ki, 32 yaşı var - FOTOLAR

“Navai” Moskvada qəzaya düşdü

Serialdan yenə gedir...

53 yaşında üçüncü dəfə ana oldu - FOTOLAR

Bakıda müğənni əməliyyatdan sonra öldü

Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR

Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi

QIZBƏS QƏBƏLƏ : Yurdun tarixidir İÇƏRİŞƏHƏR - FOTO

BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir

Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli - ŞƏRH

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031