Xəbərlər
24.04.2025, 00:03
Azərbaycanın daimi nümayəndəsi etimadnaməsini KSQT-ın baş direktoruna təqdim edib
Azərbaycanın Niderlanddakı səfiri, ölkənin Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) yanında daimi nümayəndəsi Məmməd Əhmədzadə etimadnaməsini qurumun baş direktoru Fernando Ariasa təqdim edib.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə azərbaycanlı diplomat “X”dəki səhifəsində paylaşım edib.
“Mən Azərbaycanın daimi nümayəndəsi kimi etimadnaməmi KSQT-nin baş direktoru Fernando Ariasa təqdim etmək şərəfinə nail oldum. Mərasim Azərbaycan ilə KSQT arasında əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi ilə müşayiət olunub”, - deyə o qeyd edib.
Xatırladaq ki, M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli sərəncamı ilə Haaqada səfir təyin edilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay