
Xəbərlər
12.04.2025, 21:50
QIZBƏS QƏBƏLƏ : ŞAİR YARADIBDIR YARADAN MƏNİ - FOTO
( Göyçaya toya gedərkən Şamaxıda gözəlliklərə baxıb yazdım.)
Könlümü oxşayır hər çiçək, hər kol,
Görüb, zövq alıram çölü, çəməni.
Deyirəm nə yaxşı, elə bircə yol,
Şair yaradıbdır yaradan məni.
Elə bil nəğmədir bütün bu cahan,
Sözə bağlanmışam, dözmərəm bir an,
Şeirə bürünüb gözümdə hər yan.
Şair yaradəbdır yaradan məni.
Həzin duyğularla yaşayır ürək,
Sən onu coşanda görəsən gərək,
Susuz səhralarda su təşnəsitək,
Şair yaradıbdır yaradan məni.
Görüb, zövq alıram çölü, çəməni.
Deyirəm nə yaxşı, elə bircə yol,
Şair yaradıbdır yaradan məni.
Elə bil nəğmədir bütün bu cahan,
Sözə bağlanmışam, dözmərəm bir an,
Şeirə bürünüb gözümdə hər yan.
Şair yaradəbdır yaradan məni.
Həzin duyğularla yaşayır ürək,
Sən onu coşanda görəsən gərək,
Susuz səhralarda su təşnəsitək,
Şair yaradıbdır yaradan məni.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay