“Çağırışa əməl etməyənlər nəticəsini görəcəklər” - Ərdoğanın baş müşaviri
“Türkiyə üçün yeni dövr başlayır”.

"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum sosial şəbəkədəki paylaşımında yazıb.

O, Abdulla Öcalanın həbsxanadakı çağırışını Ərdoğan və MHP sədri Dövlət Baxçalının müəyyən etdiyi təşəbbüs çərçivəsində olduğunu bildirib.Baş müşavir bildirib ki, çağırışda iki millət, iki rəsmi dil, muxtariyyət və federasiya tələbləri rədd edilib:

“Terrorsuz Türkiyə məqsədinə addım-addım nail olunur. Əvvəldən Öcalanın bəyanatı Prezident Ərdoğan və cənab Baxçalının ifadə etdiyi Dövlət Təşəbbüsünün tərtib etdiyi çərçivə və məzmuna uyğun idi. Bəyanatda mahiyyətcə deyilir ki, kimlik problemi qalmadı, inkar bitdi, iki millət, iki rəsmi dil, iki vətəndaşlıq, muxtariyyət tələbi, federasiya tələbi yoxdur.

Demokratik dövlət müdafiə olundu. Türkiyədə inkar və rədd əsasında dilə gətirilən daxili kürd probleminin həll olunduğu, məsələnin demokratiya, dövlət və cəmiyyətə inteqrasiya, demokratiyanın inkişaf etdirilməsi olduğu vurğulanıb. Aydın bir dillə bildirildi ki, bütün qruplar silahı yerə qoymalı, terror təşkilatı özünü məhv etməlidir. Bu o deməkdir ki, Türkiyəni parçalamaq məqsədi daşıyan və imperialist bir layihə olan terrorla Türkiyəyə yüklənən xarici kürd problemi də terrorun tam ortadan qalxması ilə sona çatacaq. Bu çağırışın nə dərəcədə yerinə yetiriləcəyi artıq əməli məsələdir və əməl etməyənlər bunun nəticəsini görəcəklər. Bu çağırışdan əvvəl müxtəlif üsullarla çağırışı və yeni dövrü təxribata, zəhərləməyə çalışanların nə qədər böyük təxribat olduğu açıq-aydın görünürdü. Uğur qazana bilmədilər, gələcəkdə də bacarmayacaqlar.

Danışıqsız, qeyd-şərtsiz çağırış olacağı deyilirdi və belə də oldu. Artıq Türkiyə üçün yeni bir dövr başlayır. Bundan sonra demokratiyanı daha da inkişaf etdirmək və gücləndirmək hər kəsin tələbi və məsuliyyəti olduğu halda, Türkiyənin müstəqilliyini, coğrafi bütövlüyünü və siyasi birliyini qorumaq da hər kəsin borcudur. Heç kimin kənara çəkilməyə, uzaq durmağa, qarşı çıxmağa bəhanəsi qalmayıb. Biz hamımız birlikdə Türkiyəyik, bunu hər sahədə 86 milyonluq bir güc kimi göstərməliyik”.

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31