Azərbaycanla Oman arasında siyasi məsləhətləşmələr keçirilib
Fevralın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının xarici işlər nazirinin müavini Şeyx Xəlifə Əli İssa Al Harti ilə görüşüb.

Turaztv.az xəbər verir XİN-dən "Unikal"a bildirilib ki, görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın iqtisadi-ticarət, enerji təhlükəsizliyi, turizm, təhsil, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.


Görüşdə Azərbaycan-Oman münasibətlərinin inkişafında ikitərəfli təmasların, keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd edilib, Omanda səfirliyimizin təsis olunmasının əlaqələrimizin inkişafına təkan verdiyi bildirilib.

Ölkəmizin yaşıl enerji, nəqliyyat və kommunikasiyalar sahələri üzrə təşəbbüslərindən ətraflı bəhs olunub, bu istiqamətdə mümkün birgə layihələr üzrə imkanlar nəzərdən keçirilib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və COP29 zamanı əldə olunmuş nəticələr qeyd olunub, ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Oman tərəfindən isə nazir müavini Şeyx Xəlifə Əli İssa Al Harti başçılıq edib.

Son xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31