
Xəbərlər
26.02.2020, 21:07
MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq MSK katibi Mikayıl Rəhimov deyib.
O bildirib ki, bu gün yekun protokol Konstitusiya Məhkəməsinə verilib.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçirilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












