Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH


Son vaxtlar Ermənistan-Rusiya münasibətləri pisləşən templə davam edir. Bunun əsas səbəblərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qərbyönlü siyasət aparmasıdır. Rəsmi İrəvan xüsusilə ABŞ və Fransanın təhriki, eləcə də təzyiqi ilə adıçəkilən dövlətlərin “əlinə oynayır”.

Əslində, bu, o qədər də təəccüblü deyil. Belə ki, N.Paşinyan 2018-ci ildə məhz Qərbin dəstəyi ilə hakimiyyətə gətirilmişdi. O vaxtdan bəri məqsəd Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədilməsi və bununla paralel Qərbin regiondakı mövqelərinin gücləndirilməsi idi. Vaşinqton və Paris bu planlarını hər il daha aydın şəkildə nümayiş etdirdilər. Qərb dairələri bu gün də Ermənistan vasitəsilə açıq şəkildə Rusiyaya meydan oxumağa çalışırlar.

Ehtimal etmək olar ki, İrəvanla Moskva arasındakı ziddiyyətlər getdikcə daha da dərinləşəcək. Görünür, Qərb iki il əvvəl Ukraynanın timsalında Şərqi Avropada etdiklərini indi də Cənubi Qafqazda təkrarlamaq, Rusiyaya qarşı növbəti cəbhə açmaq niyyətindədir.

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH


Proseslərin gedişi, o cümlədən verilən son açıqlamalar da göstərir ki, İrəvanla Moskva arasında münasibətlər yaxın zamanda düzəlməyəcək. Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan martın 29-da Rusiyanın ölkəsini dəfələrlə aldatdığını bildirib. Onun sözlərinə görə, Rusiya Ermənistanı ən çətin vaxtda tək qoyub. A.Simonyan, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırdığını rəsmən açıqlayıb.

Rəsmi İrəvanla KTMT arasında münasibətlər uzun müddətdir faktiki olaraq dondurulub. N.Paşinyan və digər rəsmilər bu barədə bir neçə dəfə bəyanatlar veriblər. A.Simonyanın son açıqlaması isə İrəvanın vaxtilə “böyük qardaş” adlandırdığı Rusiyaya növbəti ciddi zərbəsidir.

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH


Rusiya hazırkı situasiyada nə qədər təmkinli davranmağa çalışsa da, Ermənistanın aqressiv, destruktiv ritorikasını, o cümlədən təhdid və şantajlarını cavabsız qoymur. Xarici işlər naziri Sergey Lavrov martın 28-də bildirib ki, İrəvan uydurma bəhanələrlə Moskva ilə münasibətlərin pozulmasına çalışır. Onun sözlərinə görə, KTMT çətin vaxtlarda dəfələrlə Ermənistanın maraqlarını müdafiə edib.

Dediyimiz kimi, rəsmi Moskva mümkün qədər soyuqqanlı davranmağa, tələsik addımlar atmamağa çalışır. Çünki Kreml Qərb dairələrinin planlarından xəbərdardır. Rusiyada yaxşı başa düşürlər ki, Ermənistan indiki halda sadəcə qurbandır.

Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH


Ehtimal olunan əsas versiyalardan biri perspektivdə Rusiyanın Ermənistana hərbi müdaxiləsidir. Bu olarsa, Qərbin əlinə “kozır” veriləcək. Və Qərb Ukraynada etdiklərini indi Ermənistanda edəcək. Bu, nəzəri baxımından mümkündür. Amma ABŞ və Fransanın “ipi ilə quyuya düşən” Paşinyanın unutduğu məqamlar var. Birincisi, Ermənistan Ukrayna deyil. Və Rusiyaya müqavimət imkanları çox azdır. İkincisi, Qərb axıra kimi Ermənistanın arxasında dayanmayacaq. Üçüncüsü, Rusiya Ermənistana hərbi müdaxilə edəcək qədər sadəlövh deyil. Moskva İrəvandan intiqam almaq üçün daha rahat, belə demək mümkünsə, əziyyətsiz üsullardan istifadə edə bilər. Nəzərə almaq lazımdır ki, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq Rusiya üçün o qədər də çətin deyil. Xüsusilə, Ermənistanda yerləşdirilən 102-ci hərbi bazanın timsalında Rusiyanın bu ölkə üzərində təsir imkanları kifayət qədər çoxdur.(Report)

Odur ki, İrəvan hakimiyyəti “odla oynadığını” unutmamalıdır.

Son xəbərlər

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31