Xəbərlər
21.03.2024, 00:29
Avropa İttifaqı Ukraynanın kənd təsərrüfatı məhsullarına kvota tətbiq edib
Gərgin müzakirələrdən sonra Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri və Avropa Parlamenti Ukraynadan idxal olunan kənd təsərrüfatı məhsullarına kvota tətbiqinə dair razılığa gəliblər.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yumurta, quş əti, yulaf, qarğıdalı və bala kvota tətbiqi barədə razılıq əldə olunub. Lakin taxıl və arpaya limit tətbiq edilməyib.
Yeni kvotanın yaxın 21 gündə müəyyən edilməsi qərara alınıb. Qərarın qüvvəyə minməsi tarixi iyunun 1-nə müəyyən edilib. Kvotadan artıq idxal ediləcək kənd təsərrüfatı məhsullarına isə ümumi qaydada gömrük rüsumu tətbiq olunacaq.
Qeyd edək ki, son aylarda Avropada kütləvi aksiyalar keçirən fermerlərin başlıca tələbi Ukraynanın kənd təsərrüfatı məhsullarına güzəştin ləğv edilməsidir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay