Azərbaycan xalqı İlham Əliyev siyasətini dəstəkləyir!   - FOTO
Xalqların və dövlətlərin ictimai-siyasi təsisatlarını seçkilər müəyyən edir. 7 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasında keçirilən növbədənkənar Prezident seçkiləri də bu prosesin bir təzahürüdür. Mən də bir Azərbaycan vətəndaşı olaraq yaşadığım Abşeron rayonu Xırdalan şəhər 48 saylı seçki dairəsinin 19 saylı məntəqəsində səsvermədə iştirak etdim. Məntəqə Xırdalan dəmiryol stansiyasının yaxınlığındakı uşaq bağçasında yerləşirdi. Əvvəlcə bir kənara çəkilib səsverməyə gələn vətəndaşları müşahidə etdim. Onlar şəxsiyyət vəsiqələrini təqdim edib gözləyir, ad-soyadları tapılan kimi imza atır, sonra baş barmaqlarına ultrabənövşəyi maye vurulur, götürdükləri bülletenlərlə birlikdə kabinələrə girir, istədikləri namizədə səs verib məntəqəni yüksək əhval-ruhiyyə ilə tərk edirdilər.
Azərbaycan xalqı İlham Əliyev siyasətini dəstəkləyir!   - FOTO

Məntəqənin sədri gənc nəslin nümayəndəsi olan xanım mənə yaxınlaşıb kimliyimi soruşdu. Mən həmin xanıma özümü təqdim edib, bilidrdim ki, yazıçı-jurnalistəm, "Bütöv Azərbaycan" qəzetinin şöbə müdiriyəm. O, məmnunluqla dedi:

- Lap yaxşı. Olar sənədlərinizə baxaq?
- Əlbəttə olar, - deyib qəzetin və Azərbaycan Jurnalistlər Birliyinin vəsiqələrini xanım sədrə təqdim etdim. Adının çəkilməsini istəməyən sədr vəsiqələrə baxıb - Buyurun, xoş gəlmisiniz, - dedi, bildirdi ki, gördüyünüz bu xanımlar müxtəlif partiyaların nümayəndələridir, müşahidəçi qismində iştirak edirlər. Mən 19 saylı məntəqənin sədri, bu xanımlar isə katib və üzvlərdir. Onlarla qısa söhbətdən sonra mən öz şəxsiyyət vəsiqəmi təqdim edib bülleten götürdüm, səsvermə kabinetinə keçib Azərbaycan xalqının qalib sərkərdəsinə səs verdim və qısa çıxış etdim. Bildirdim ki, bu gün qalib Azərbaycanın ilk prezident seçkisində, qalib Azərbaycanın sərkərdəsinə səs verməyi özümə borc, həm də şərəf sayıram.
Azərbaycan xalqı İlham Əliyev siyasətini dəstəkləyir!   - FOTO
Azərbaycan xalqı İlham Əliyev siyasətini dəstəkləyir!   - FOTO
Azərbaycan xalqı İlham Əliyev siyasətini dəstəkləyir!   - FOTO

Son 200 ildən sonra, yəni Nadir şah Əfşardan sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa edən dövlət xadimi olmayıb. Çox təəssüflə qeyd etmək istəyirəm ki, Nadir şah Əfşardan sonra XX-ci əsrin sonlarında ərazimizin 20%-ni havadarlarının köməyi ilə separatçı erməni daşnakları işğal etmişlər. 30 ildən artıq həmin torpaqlarımız işğal altında qaldı. 27 sentyabr 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda Vətən müharibəsi elan edildi. Bu müharibə 44 gün davam etdi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan İlham Əliyev "Azadlıq" meydanında qələbə paradı keçirtdi Mən bir jurnalist kimi bildirirəm ki, Şah İsmayıl Xətaidən, Nadir şah Əfşardan sonra Azərbaycanımızın qalib sərkərdəsi bu gün yekdilliklə səs verib Prezident seçəcəyimiz İlham Heydər oğlu Əliyevdir. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən İlham Heydər oğlu Əliyevdən başqa heç kimi Prezident kürsüsündə görmək istəmirəm. Azərbaycan xalqı İlham Əliyev siyasətini dəstəkləyir!
Yaşasın Bütöv Azərbaycan!

Hüseyn İsaoğlu (Məmmədov),
yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.

Son xəbərlər

Enerji nəhəngləri Yaxın Şərqdən Afrika və Amerikaya yönəlir

Azərbaycanlı idman ustası vəfat etdi

“Qırmızı” verdiyi futbolçunu meydana qaytardı

Şirindi-şəkərdi söhbətin,Qabil ! - FOTO

Ərdoğan Türkiyədə silah sahibliyinin məhdudlaşdırılacağını açıqlayıb

Güləşçilərimiz bürünc medal uğrunda yarışacaqlar - Yenilənib

BELA ZƏNGİBASARLI TƏBRİK EDİR - FOTOLAR

Şəhidlər ölməz Vətən bölünməz! - FOTOLAR

Sumqayıtın yeni baş memarı o oldu

Zelenski Kiyev rəhbərliyini tənqid edib

“Müharibəni uduram, özü də böyük fərqlə!”

Madyar dövlət qurumlarının rəhbərlərinə ultimatum verib

“Zəfər rəqsi” bədii filminin bu ilki beynəlxalq zəfərləri

Dövlət Xidməti beynəlxalq mükafata layiq görüldü

İtaliyada 1 avroya evlər satılır

Sabah su kəsiləcək - Bu ərazilərdə

Uşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR

Alimlərdən inqilabi kəşf: İnsan bu qabiliyyətlə doğulur

Azərbaycanda yeni mexanizm yaradılır - Borcu olanların diqqətinə!

Sənubər Səhər : Qəlbimizlə vuruşuruq...

Qaranlıqda televizora baxmaq zərərlidir - XƏBƏRDARLIQ

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək? - Ötən illə müqayisədə...

Adı 2 qadın həmkarı ilə hallanırdı - Boşanma xəbərləri yayıldı

Kommunal xidmətlərə görə 2 milyondan çox borcu yaranıb

Payıza qoşulub getmə, amandır! - FOTO

Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib

Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb

Çin lideri: Hörmüz boğazı açıq qalmalıdır

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930