Xəbərlər
31.01.2024, 22:47
Yaşamağa nə var ki! - FOTO
YAŞAMAĞA NƏ VAR Kİ
Şükür sənə,Allahım!
Nə xoş gəlir sabahım!
Nə ağrım var, nə ahım!
Yaşamağa nə var ki!
Ötənlərim dəm oldu,
Demərəm ki,kəm oldu.
Arzularım cəm oldu...
Yaşamağa nə var ki!
Çəkilibdir dumanım,
Ümid olub gümanım.
Üzə gülür zamanım,
Yaşamağa nə var ki!
Bir zəfərdən sorağam,
Hünərimə yarağam.
Şölələnən çırağam,
Yaşamağa nə var ki!
Vətən ruhdur, mən canam,
Bir fərəhli dövranam!
Nə bəxtiyar insanam!
Yaşamağa nə var ki!
Nə xoş gəlir sabahım!
Nə ağrım var, nə ahım!
Yaşamağa nə var ki!
Ötənlərim dəm oldu,
Demərəm ki,kəm oldu.
Arzularım cəm oldu...
Yaşamağa nə var ki!
Çəkilibdir dumanım,
Ümid olub gümanım.
Üzə gülür zamanım,
Yaşamağa nə var ki!
Bir zəfərdən sorağam,
Hünərimə yarağam.
Şölələnən çırağam,
Yaşamağa nə var ki!
Vətən ruhdur, mən canam,
Bir fərəhli dövranam!
Nə bəxtiyar insanam!
Yaşamağa nə var ki!
GÜLNARƏ MƏHƏMMƏDQIZI
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






