Neftin dəniz yolu ilə daşınmasının qiyməti bahalaşıb
Yəmən husilərinin hücumları səbəbindən neft daşınmasının qiyməti bahalaşıb.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, bunu Londondakı Baltik Birjasının məlumatları da təsdiqləyir.

Qırmızı dənizdəki münaqişəyə görə Yaxın Şərqdən emal olunmuş məhsulların Yaponiyaya çatdırılması üçün neft tankerinin icarə haqqı 3 faiz artaraq gündə 101 min dollara çatıb. Bu, pandemiyadan bəri daşınma üzrə yeni rekorddur.

Bab əl-Məndeb boğazından və Süveyş kanalından yan keçərək Afrika qitəsini dövrə vurmaq zərurəti gəmilərin uzun məsafələr qət etməsinə səbəb olur. Məlumata görə, tankerlər ölçüsündən asılı olaraq, Yaxın Şərqdən Avropaya neft tranzitindən gündə 97 min dollardan 117 min dollara qədər qazanır.

Bazar iştirakçılarının fikrincə, üsyançıların hücumları səbəbindən enerji resurslarının çatdırılma müddəti əhəmiyyətli dərəcədə arta bilər. Qətərdən Böyük Britaniyaya Afrika qitəsindən yan keçməklə maye qazın daşınması təxminən 27 gün çəkəcək ki, bu da qiymətlərin artmasına səbəb olacaq.

Husilərin hücumları səbəbindən 500-dən çox konteyner gəmisi yüklərin çatdırılması üçün marşrutlarını dəyişib. Bu gəmilər geyim və oyuncaqlardan tutmuş avtomobil hissələrinə qədər müxtəlif məhsullar daşıyırdı. Marşrutların dəyişilməsi səyahət vaxtını da orta hesabla iki həftə artırır ki, bu da çatdırılan məhsulun son dəyərinin artmasına səbəb ola bilər.

Son xəbərlər

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31