Xəbərlər
26.01.2024, 22:37
BEA: 2024-cü ildə Rusiyada qaz hasilatı 4 faiz artacaq
2024-cü ildə Rusiyada qaz hasilatı təxminən 4 faiz artaraq, 664 milyard kubmetr təşkil edə bilər.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) qaz bazarı üzrə dərc etdiyi hesabatda bildirilir. Sənəddə 2023-cü ildə Rusiyada qaz hasilatının 5 faiz - 640 milyard kubmetrədək azaldığı qeyd olunub.
Bundan əvvəl, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak bəyan etmişdi ki, Rusiya 2023-cü ildə qaz hasilatını 5,5 faiz azaldaraq 636,7 milyard kubmetrə endirib. Onun sözlərinə görə, ölkədən boru kəməri ilə qaz ixracı 91,4 milyard kubmetr təşkil edib.
Eyni zamanda, hesabatda 2024-cü ildə Rusiya Federasiyasında qaz istehlakının 2 faiz artaraq, 503 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay