Fransada kənd təsərrüfatı işçilərinin etiraz nümayişi güclənir
Fransada kənd təsərrüfatı işçilərinin qəzəbi bütün ölkəni bürüyüb. Artıq neçə gündür ki, qəzəbli təsərrüfatçılar saman bağlamaları və traktorlarla ölkənin aparıcı yollarını blokadaya alıblar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Fransanın cənub-qərbində, Pamiers kommunasında RD119 körpüsünün yaxınlığında yerli vaxtla səhər saat 05:15 radələrində bir sürücü avtomobili sürətlə təsərrüfatçıların üzərinə sürüb və nəticədə bir nəfər etirazçı ölüb, 2 nəfər isə ağır yaralanıb. Xəsarət alanların hamısı bir ailənin üzvüdür. Həlak olan fermer əri və qızı ilə təsərrüfatçıların nümayişinə qoşulmuş qadın olub. Avtomobildə isə üç nəfər erməni olduğu bildirilir. Yolun bağlı olmasına baxmayaraq, onlar avtomobillə bu yoldan keçmək üçün blokadanı yarmaq məqsədilə üzərinə sürüblər.

Bu barədə Fransa mətbuatında məlumat yayılıb.

“Üç üzvümüz ağır xəsarət aldı. Bir qadın öldü. Əri və qızı çətin vəziyyətdədirlər və təcili yardım xidmətinin himayəsindədirlər”,- deyə Kənd Təsərrüfatı Sahibkarları İttifaqları Milli Federasiyasının (FNSEA) prezidenti Arnaud Russo mətbuata bildirib. Hadisə yerinə fövqəladə hallar və təhlükəsizlik sisteminin nümayəndələri gəlib. 35 yanğınsöndürən, 13 polis əməkdaşı və 20 jandarm hadisə yerinə səfərbər olunub.

Bu qəza Fransada və bəzi Avropa ölkələrində fermerlərin narazılığının gücləndiyi bir vaxta təsadüf edir, yollarda getdikcə daha çox tıxaclar yaranır və şəhərlərə çoxlu sayda traktorlardan istifadə etməklə “ilbiz əməliyyatları” aparılır.

Həftə ərzində bir sıra aksiyalar elan olunub. Əməliyyat və nümayişlərin həftə sonuna kimi bütün ölkədə daha da güclənəcəyi gözlənilir.

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31