Tina Kandelaki qazaxlara üsyan püskürdü - "Ağıllı olun, qəzəbli olmayın!”


Rusiyalı teleaparıcı Tina Kandelaki Qazaxıstanda rus dilinin sıxışdırılmasıyla bağlı paylaşımına yazılan şərhlərə münasibət bildirib.

T.Kandelaki yazıb: “Əziz qazaxlar, sizin sadə, lakin geniş anlayışınız var - “manqu”. Ondan məlum manqurt obrazı gəlir - yaddaşını, şəxsiyyətini, bəzən də ağlını itirmiş adam. Özünüzü və baş verən hər şeyi xatırlamamaq, tarixi bütün təzahürləri ilə, o cümlədən tarixi adlarla silmək sadəcə savadsızlıq deyil, həm də təhlükəli fəaliyyətdir. Bu, ilk növbədə, yer üzündə yaşayan və kosmosda uçmayanlar üçün keçərlidir. Keçmişi xatırlamamaq Boratı alqışlamaqdır. Bunu Qazaxıstandan başqa kim qadağan edib? Rusiya və Körfəz ölkələri. Bəs Qərbin maarifçi pəriləri? Onların vecinə deyil. Qazaxlar onlar üçün kimdir? Cavab filmdən bəllidir”.

O, qazaxıstanlılara Qazaxıstanda faciəli yanvar hadisələrini də xatırladıb.

“İki il əvvəl Qazaxıstan ölkəsi demək olar ki, mövcudluğunu dayandırmışdı. Hansı daha yaxşıdır - yanan şəhərlər və ya köməyə gələn qonşular? - teleaparıcı yazıb.

Tina Kandelaki Astanada çoxlu əcnəbi adların olduğuna diqqət çəkib.

“Qazax adlarını deyirsiz? Astanada Şarl de Qoll küçəsindəki Monako otelindən danışırsınız? Niyə Abay Kunanbayev və ya Xoca Yasəvi küçəsi olmasın? Bəs “Monako” necə, o, əsl Qazaxıstan ərazisidir?” - o, əlavə edib.

“Daha az qəzəb, daha çox zəka. Sonra heç vaxt Amerika mediasına Boratın zarafatlarını bəyəndiyinizi izah etmək zorunda qalmayacaqsınız. Ən azı nə qədər ki, Rusiya yaxındır”, - deyə teleaparıcı yekunlaşdırıb.

Bir müddət əvvəl Qazaxıstanda dəmiryol vağzallarının adlarının dövlət dilinə dəyişdirilməsi ilə bağlı xəbəri şərh edən rusiyalı teleaparıcı bu ölkədə rus dilinin sıxışdırıldığını bildirmişdi.(Musavat.com)

Son xəbərlər

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31