Xəbərlər
13.01.2024, 00:04
Rusiya səfirliyi ruslara Yəmənə səfərdən çəkinməyi tövsiyə edib
Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Yəmənə səfərdən çəkinməyi tövsiyə edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Yəməndəki səfirliyi məlumat yayıb.
“Yəməndə hərbi-siyasi böhran başlayandan bəri Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib. Bu tövsiyələr bu günə qədər aktuallığını qoruyur", - səfirlik bildirib.
Diplomatik nümayəndəlik əlavə edib ki, hazırda Yəməndə bir neçə yüz Rusiya vətəndaşı ola bilər: "Yanvarın 12-si səhər saatlarına ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi gecə zərbələri nəticəsində Rusiya vətəndaşlarının xəsarət alması barədə səfirliyə məlumat daxil olmayıb. Biz vəziyyəti diqqətlə izləməyə davam edirik”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay