KİV: Azərbaycanda Fransanın agentura şəbəkəsi ifşa olunub
Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, hər şey Fransa səfirlik daxili rezidenturasının Azərbaycan ərazisində əslində Fransanın “tərəfdaşı” kimi bilinən ölkələrin nümayəndələrinə qarşı çox arxayın kəşfiyyat əməllərinə görə diqqətə düşməsi ilə başlayıb. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olub.

Məlumata görə, mənbələrdən əldə edilmiş informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.

Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib.

Azərbaycan xüsusi xidmət orqanları tərəfindən istintaq olunan cinayət işi üzrə Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır.

Mənbə hesab edir ki, uğursuzluğun miqyası Fransa kəşfiyyatının imicinə tarixi zərbə olacaqdır.

Azərbaycan tərəfi məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyib.

Bununla yanaşı, hazırda yayılan xəbərlərdə o da bildirilir ki, Fransa Prezidenti Emanuel Makron dünən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Bernar Emyenin mümkün istefası barədə kəşfiyyatın Afrika və Cənubi Qafqaz sahələrindəki uğursuzluğundan sonra danışılmağa başlanıldı.

Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edildi.

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31