Yaşlı kişi tanımadığı şəxs tərəfindən döyülüb

Tovuz rayonunda döyülmə faktı qeydə alınıb.
Hadisə rayonun Səməd Vurğun küçəsində baş verib.
Rayon sakini, 1946-cı il təvəllüdlü Qasımov Məzahir müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, 73 yaşlı kişi tanımadığı şəxs tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.