Gecə barlarından çıxardığı 13 qızı bir-bir qətlə yetirdi – Məzarlığa çevrilən MƏTBƏX - FOTO
“Gecə barlarının qənimi... O, bar qızlarının qorxulu kabusuna çevrildi. 34 yaşında 14 nəfərin qatili oldu. Gecəyarısı klublardan götürdüyü qızları evinə gətirir və...”
Gecə barlarından çıxardığı 13 qızı bir-bir qətlə yetirdi – Məzarlığa çevrilən MƏTBƏX - FOTO

Denis Kazunqu
Bu amansız qatilin öz vəhşiliyinə haqq qazandırmaq üçün izahatı da var. Belə bir amansızlığın bəhanəsi ola bilərmi?
Söhbət hər hansı kriminal filmdən getmir, söz açacağımız hadisə qanlı reallıqdır. Elə bir reallıq ki, sizi heyrətə gətirəcək. Gözünüz bizdə olsun...

Cinayət DOSYESİ - № 016

lent.az-ın “Cinayət Dosyesi” layihəsinin 16-cı bölümündə sizə 34 yaşlı Denis Kazunqunun seriala çevrilən qətllərindən danışacağıq.
O, bar qızlarını qətlə yetirməklə kifayətlənmirmiş, həm də onlara təcavüz edirmiş.
Bəs kimdir bu gənc yaşında qəlbi tamamilə nifrətlə, pisliklə dolan qatil?
Gecə barlarından çıxardığı 13 qızı bir-bir qətlə yetirdi – Məzarlığa çevrilən MƏTBƏX - FOTO

Denis Kazunqu
Hadisə Ruandada baş verib. Denis Kazunqu 1989-cu ildə ölkənin Qaşikiri ştatında Kicukiro Rayonun Kiqali adlanan paytaxt şəhərində doğulub. Onu bu ilin sentyabrın 5-də həbs ediblər. Sentyabrın 23-də isə artıq məhkəməsi qurulmuşdu. Proses zamanı bütün cinayətləri bir-bir etiraf elədi.

Dəhşətdir, 14 nəfəri öldürüb. Öldürülənlərin 13-ü bar qızlarıdır. 1-i kişi. Onu isə elə qəribə səbəbdən öldürüb ki... Səbirli olun bu barədə bir qədər sonra söhbət açacağıq.

34 yaşlı Denis Kazunqu qurbanlarını seçmək üçün yolunu barlara salırdı. Xüsusi bir qazancı olmayan bu vəhşi qatil pulunu da elə quldurluqla əldə edirmiş. İnsanlara işgəncə verməkdən xüsusi ləzzət alaraq onların üzərində hər cür zalımlığı test edir, öldürməyi isə ən sona saxlayırmış.

İndi o məhkəmədə qətl, zorlama, işgəncə, quldurluqla birlikdə 10 maddə üzrə ittiham olunur. Amma bu onu çox da qayğılandırmır deyəsən. Polis onu əli qandallı məhkəmə zalına apararkən bəs o nə edirdi? - Gülümsəyirdi! Bütün ağır ittihamlara cavabı bu idi “Razıyam”.

O, paytaxt Kiqalidəki Kicukiro Məhkəməsindəki çıxışında 14 nəfəri öldürdüyünü etiraf edir. Bu zaman da onun üzündə hər hansı xüsusi üzüntü ifadəsini görmək mümkün deyildi.

Polis dəhşətə gəlirdi. Axı onlar neçə gündür apardığı əməliyyata görə, onun evində, daha dəqiq desək mətbəxində 12 cəsəd aşkar etmişdilər... Bəs bu 14 rəqəmi haradan çıxdı?
Gecə barlarından çıxardığı 13 qızı bir-bir qətlə yetirdi – Məzarlığa çevrilən MƏTBƏX - FOTO
Tapılan meyitlərin 11 qadın, biri kişi idi. Kazunqu isə deyir ki, daha iki qadının da öldürüb. Məhkəmədə özünə heç vəkil də istəməyib. Onun bu özünə inamı, rahatlığı haradan gəlir? Bu suala da cavab vermək asan deyil.

Polis araşdırmasına görə, qatil Kiqali ətrafında yerləşən barları hədəf seçirmiş və qızları da evinə elə oralardan aparırmış.

Onun qurbanlarının şəxsiyyətləri rəsmi olaraq açıqlanmadı. Bu ölənlərin ruhuna hörmətən edildi. Lakin bir cəsur qadın yerli mediaya çıxıb açıqlama verdi ki, o qatilin əlindən zorla da olsa qaçmağı bacarıb.
Qatil uzun müddət necə sərbəst qalıb? Ən maraqlı suallardan biri də budur. İstintaq tərəfi qeyd edir ki, qatil əsl kimliyini gizlətmək üçün müxtəlif adlardan istifadə edib. Bəs polislər cəsədləri necə tapıb? Məsələnin maraqlı tərəflərindən biri də elə budur. Lap filmlərdə olduğu kimi. Belə ki, Kazunqu yaşadığı kirayə evin pulunu verə bilmirmiş. Ev sahibi də onu çıxarmaq istəyir. Lakin bunu bacarmır, yazımızın “qəhrəman”ından qurtulmaq üçün polisə müraciət edir. Polislər evə gəlir və bir də nə tapsalar yaxşıdır?..
Gecə barlarından çıxardığı 13 qızı bir-bir qətlə yetirdi – Məzarlığa çevrilən MƏTBƏX - FOTO

***
Kazunqu barəsində məlumat təqdim etmək istəyən səlahiyyətlilər onun tərcümeyi-halında məşğuliyyətini göstərə bilmirlər. 34 yaşına kimi bu kişi nə işlə məşğul olub? Heç kimə bəlli deyil. Belə məlum olur ki, onun bu illər ərzində məşğuliyyəti yalnız 13 qadın və bir gənc oğlanı öldürməkdən ibarətdir. Evinin mətbəxini əməlli başlı məzarlığa çevirib.

Kazunqunun ürəyindən keçirdi ki, onun məhkəməsi mediaya qapalı şəraitdə keçirilsin. Lakin məhkəmə bunu rədd edib.

Qurbanlar ölümlərini sifariş edib?

Ən dəhşətlisi budur ki, bu amansız qatil öldürdüyü şəxsləri heç xatırlamır da. Onlardan yalnız 2-nin adını çəkib. Yuxarıda dediyimiz kimi, qurbanlardan yalnız biri kişi cinsindən olub. Onun adı Erik Turatsinzenidir. Qatil deyib ki, həmin gənc onun sosial şəbəkədəki profilini oğurlayıbmış. Bu da əvəzində onu öldürüb. Xatırladığı digər qurban Fransuazadır.
Gecə barlarından çıxardığı 13 qızı bir-bir qətlə yetirdi – Məzarlığa çevrilən MƏTBƏX - FOTO

Erik Turatsinzeni

Yuxarıda onu da demişdik ki, amansız qatilin öz vəhşiliyinə haqq qazandırmaq üçün izahatı olub və burada öz aləmində səbəblər gətirib.

Kazunqu deyib ki, öldürdükləri şəxslər QİÇS-ə yoluxublarmış. Guya o qadınlar özləri ölmək istəyiblər. Bu da sadəcə onların arzularını yerinə yetirib.
Gecə barlarından çıxardığı 13 qızı bir-bir qətlə yetirdi – Məzarlığa çevrilən MƏTBƏX - FOTO

Belə bir insan psixi sağlam ola bilərmi? Hələ ki, həkimlər bununla bağlı son qərarını verməyiblər. Lakin bilinən odur ki, bu amansız qatil məhkəmədə çıxış edərkən onun səlis nitqi olub. Üzündəki o soyuq ifadə də onun anormal olduğunu deməyə əsas vermir.

Ananın məhkəmədəki naləsi...

Kazunqunun məhkəməsində yaşlı bir ana var idi. O silsilə qətl törədən bu qəddarın üzündəki soyuq ifadəyə dözə bilmirdi. Qurbanlar arasında onun da qızının adı keçirdi. O, proses zamanı elə bir nalə çəkdi ki, iclasda iştirak edən insanlar göz yaşlarına sahib ola bilmədi.
Gecə barlarından çıxardığı 13 qızı bir-bir qətlə yetirdi – Məzarlığa çevrilən MƏTBƏX - FOTO

Denis Kazunqu

Hakim Kazunquya deyir ki, əlavə nəsə deyə bilərsənmi? O isə sakitcə cavab verir ki, törətdiyi cinayətlər ağır olduğunun fərqindədir.

Onu yerli qanunlara görə, 25 il və ya ömürlük həbs cəzası gözləyir. Məhkəmə hələ ki, qatil barəsində son qərarı verməyib. Bu manyakın hansı cəza aldığını bilmək istəyirsinizsə, Lent.az-ı izləməkdə davam edin.

Son xəbərlər

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31