
Bakı metrosu yaxınlığında əməliyyat: Polis qadını tutdu - FOTO

İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında narkotik vasitə keçirən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Anews.az- a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Araşdırma zamanı İlhamə Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək gizli yolla gətirdiyini etiraf edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,əməliyyat tədbirləri davam etdirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












