Vəkillər Kollegiyasının rəhbərliyi ilə Vəkillərin İntizam Komissiyasının görüşü keçirildi - FOTO
Sentyabrın 13-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi ilə Vəkillərin İntizam Komissiyasının üzvləri arasında görüş keçirilib.

Turaztv.az E-huquq.az-a istinadən xəbər verir ki, görüşdə daxil olmuş şikayət və müraciətlər üzrə intizam icraatının icra vəziyyəti, İntizam işlərinə baxılması ilə əlaqədar Komissiya ilə Rəyasət Heyətinin qarşılıqlı əlaqəsi və bu kimi digər məsələlər müzakirə olunaraq fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək intizam icraatları üzrə vəkillər barəsində bir çox hallarda pozuntunun müəyyən edilmədiyi halda bu barədə ictimaiyyətin kifayət qədər məlumatlı olmamasını, geniş yayılmış pozuntular üzrə ümumiləşdirmənin aparılmasının zəruriliyini qeyd edərək intizam icraatları üzrə araşdırmaların daha da keyfiyyətli araşdırılmasına yardım edən məsələlərə toxunub.

Eyni zamanda Anar Bağırov İntizam Komissiyasının rolunu nəzərə alaraq onun fəaliyyətinin ictimailəşdirilməsinin vacib olduğunu bildirib, Rəyasət Heyətində baxılan intizam işləri barəsində qəbul edilmiş qərarlar barəsində məlumat verib.

Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev isə çıxışında Komissiya tərəfindən görülən işlər barədə məlumat verərək Komissiyanın fəaliyyəti ilə əlaqədar cari məsələlərə toxunub, 2023-cü ilə komissiya tərəfindən baxılan intizam icraatları üzrə statistik məlumatları səsləndirib.

Sonda Komissiya üzvləri Komissiyanın fəaliyyəti ilə əlaqədar fikir və təkliflərini bildiriblər.
Vəkillər Kollegiyasının rəhbərliyi ilə Vəkillərin İntizam Komissiyasının görüşü keçirildi - FOTO
Vəkillər Kollegiyasının rəhbərliyi ilə Vəkillərin İntizam Komissiyasının görüşü keçirildi - FOTO

Son xəbərlər

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31