Donald Tramp demokratları çətin vəziyyətə salıb
"Amerika prezidenti Donald Tramp impiçment təhlükəsi (respublikaçıların nəzarətində olan Senat Nümayəndələr Palatasının prezidentə qarşı impiçment qərarını böyük ehtimalla təsdiq etməyəcək) qarşısında ağıllı gediş edib".
Bizimyol.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Donald Tramp impiçment məsələsini şərh edərkən deyib.

Siyasi şərhçi: "Trampa qarşı impiçment proseduru guya onun Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiqiylə bağlı başlayb. Yəni Tramp telefon danışığında guya Zelenskiyə təzyiq edib ki, Ukrayna prezidenti keçmiş vitse-prezident Cozef Baydenin və onun oğlunun şirkətinin Ukraynadakı fəaliyyətini araşdırsın. Demokratlar məhz bundan sonra haray-həşir qaldıraraq, Tramp prezident seçkilərində ona rəqibi ola biləcək Baydenə qarşı qanunsuz hərəkət edib. Halbuki, demokratlardan məhz Baydenin prezidentliyə namizəd olacağı hələ bəlli deyil, ilkin seçki keçirilməyib, debatlar başlamayıb.

Co Bayden Cozef Bayden
Donald Tramp və onun müşavirləri demokratların hücumlarından qorunmaq üçün prezidentin dostu və Nyu-Yorkun keçmuş meri Rudolf Culianini Kiyevə göndəriblər. Culiani bir güllə ilə iki dovşan vurub. O Kiyevdə həm Tramp üçün alibi axtarıb, həm də Amerikanın televiziya kanallarından biri üçün araşdırma hazırlayıb. Culiani Kiyevdə Ukraynanın keçmiş prokuroru və digər məmurları ilə görüşüb, onların çoxu Baydenin oğlunun şirkətinin qanunsuz əməlləri haqqında xeyli fakt sadalayıblar. Bayden zamanında Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya təzyiq edib ki, Poroşenko vitse-prezidentin oğlunun şirkətinin qanunsuz əməllərini araşdıran prokuroru işdən çıxarsın. Poroşenko təzyiq qarşısında prokuroru işdən çıxarıb. İndi həmin prokuror əlindəki faktlarla Amerikaya gedib Konqresdə şahidlik etməyə hazır olduğunu bildirib. Bundan başqa Culiani özü ilə Vaşinqtona bir neçə ukraynalı şahid də aparıb.

Beləliklə, Tramp və onun komandası demokratlara güclü zərbə vurublar. Demokratlar Trampı Amerika daxili məsələ ilə bağlı Ukraynanın indiki prezidentinə təzyiq etməkdə günahlandırırlar. Halbuki, keçmiş vitse-prezidenti Cozef Bayden Ukraynanın keçmiş prezidentinə daha böyük təzyiq edib və Pyotr Poroşenko bu təzyiqə dözməyərək prokuror işdən çıxarıb. Məsələ burasındadır ki, Poroşenko prokuroru işdən çıxarmasaydı keçmiş Ağ Ev administrasiyası Ukraynaya maliyyə yardımı etməyəcəkdi. İndi kim kimə - Tramp Zelenskiyə, yoxsa Bayden Poroşenkoya təzyiq edib? Bu suala Amerikanın siyasi və ekspert dairələri cavab verməlidirlər. Ümumiyyətlə hazırki vəziyyət dünyanın super dövlətinə xasdır. Amerikalı siyasətçilər elə bilirlər ki, dünyada hamı onların fikrini qəbul etməli, onlar kimi düşünməli və onlara etiraz etməməlidirlər. Əksi baş verəndə də başlayırlar qorxutmağa, təhdid etməyə və sanksiyalarla hədələməyə", -deyə bildirib.

Son xəbərlər

Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”

İranla müharibənin daha nə qədər davam edəcəyini açıqladı

İran yeni qadağan olunmuş zona elan edəcək

Zülfiyyə İsmayılova : Sevdim səni - FOTO

Tramp nadir görülən addım atdı

Hikmət Məlikzadə : Məzlum ahnan köçü səhraya sürüm, kəndəmi, qız?!

Sənubər Səhər : Siyasət anlamı bəşəri duyğuları üstələyir...

Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz

GÖY ÜZÜNƏ YAXIN ADAM

Məşhur aparıcı edam olunacaq - FOTOLAR

"A.B.İ.” bu tarixdə yayımlanacaq

Şarm əl-Şeyxdə premium istirahətin yeni səviyyəsi - “Rixos Hotels” Misirdə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930