İcra başçısının atasını öldürən qardaşı oğlunun İLKİN İFADƏSİ – Bacısı tüfəngi əlindən almaq istəsə də…
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlinin bəzi təfərrüatları üzə çıxıb.

Turaztv.az Referans.az-a istinadən xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü Azay Qaraşov atasını ailədaxili münasibətlərin pozulmasına görə öldürdüyünü etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Bildirilib ki, istintaq tədbirləri ilkin olaraq Kürdəmir Rayon Prokurorluğu tərəfindən həyata keçirilsə də, işin materialları Baş Prokurorluğun İstintaq İdarəsinə verilib. Azay Qaraşov ilkin ifadəsində atası Azər Qaraşovun evdə anasına mütəmadi şiddət göstərdiyini və buna görə onu qətlə yetirmək qərarına gəldiyini deyib.

O da məlum olub ki, hadisə yerinin ilkin müayinəsi zamanı Azər Qaraşovun güllə xəsarətlərindən öldüyü otağın tavanında da güllə izləri aşkar edilib. Müəyyən edilib ki, hadisə vaxtı ata və oğulun olduğu otağa ilk olaraq Azayın bacısı daxil olub. O, qardaşının atasını güllələdiyini görərək onun əlindəki beşatılan adlanan tüfəngi almağa çalışıb. Bu zaman yenidən atəş açılıb və evin tavanına dəyib.

Baş vermiş hadisə ilə bağlı aparılan araşadırmalar zamanı evin tavanındakı güllə izləri, həmçinin digər şübhəli məqamlar kriminalistlərin diqqətini cəlb edib. Bundan sonra davam etdirilən istintaq tədbirləri ilə cinayətin üstünün qısa müddətdə açılması təmin edilib. Ötən gün 24 yaşlı Azay Qaraşov şübhəli şəxs qismində saxlanılıb.

Bu gün Azay Qaraşovun iştirakı ilə hadisə yerinin araşdırılması həyata keçirilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.

Son xəbərlər

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Tanınmış aktyor dünyasını dəyişdi

Fransa İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək

Fransa İraqa qarşı - Yenilənir

Aralıq dənizində 3,9 bal gücündə zəlzələ olub

Evliliyinin bitməsinə “Kızılcık Şerbeti”nin aktrisası səbəb olub?

Məşhur prodüser dünyasını dəyişdi

Monrealda atışma oldu - Yaralılar var

Şoyqu Hindistana getdi

Polşa prezidenti Türkiyəyə səfər edəcək

"Yeraltı"nın aktrisası reklamdan 11 milyon qazandı

"ABŞ və İran Hörmüz boğazını açıq saxlamaq üçün mexanizm yaratdılar" - Vens

VAQİF VÜQAR : Günahsızın edamından göynəyirdi dar ağacı - FOTO

BƏHRUZ MƏMMƏDOV : Yolun yorğun vaxtında səni axtaran adamdır diqqət - FOTO

Ömrünü insanlara həsr edən ziyalı - FOTO

Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir - Ərdoğan

Bakı və Cəlilabadın bu ərazilərində işıq kəsiləcək

Taekvondoçularımız Qazaxıstanda beynəlxalq çempionatda 3 medal qazandılar

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub - Yaralılar var

Messi dünya çempionatları tarixinin bombardiri olub

Bakıdakı universitetlər köçürülməyəcək, amma... - Emin Əmrullayev

"Doktor Kim"in ulduzu öldü

Miray onunla tərəf müqabili oldu

Tanınmış aktrisa “Taşacak bu deniz”də - FOTO

Son bir ayda bacı və qardaşı ürək əməliyyatı olundu

“Uzak şehir”in 3-cü mövsümündə nələr olacaq?

Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək

Hindistanda baş verən yanğın nəticəsində 15 nəfər ölüb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930