Fazil Mustafa DTX-nin Hospitalında müalicə alır - DETALLAR

Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır.

Turaztv.az "Report"a istinadən xəbər verir ki, uğursuz terror aktından sonra Azərbaycan təhlükəsizlik və hüquq mühafizə orqanlarının belə cinayətkar ünsürlərə qarşı daha amansız olacağı bildirilir.

Fazil Mustafanın köməkçisi və yaxınlarından əldə edilən məlumatlarda müalicə prosesinin davam etdirildiyini, durumu günü-gündən yaxşılaşdığını, özünü yaxşı hiss etdiyi və cinayətkarların tutulmasından məlumatlı olduğu bildirilib.

Belə ki, 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Ötən müddətdə verilən rəsmi məlumatlardan göründüyü kimi, cinayət hadisəsi ilk gündən terror aktı kimi qiymətləndirilərək faktla bağlı Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Həmçinin qeyd edilib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, kompleks tədbirlər görülüb, təhlükəsizlik və hüquq mühafizə orqanları tərəfindən birgə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri həyata keçirilib, cinayətkarlar müəyyən olunaraq saxlanılıb, birgə axtarışlar və istintaq hərəkətləri aparılıb.

Artıq o da məlum olub ki, xüsusi xarakteri nəzərə alınaraq təhlükəsizlik orqanı tərəfindən məsələnin kompleks nəzarətə götürülməsi ilə əlaqədar hadisə aydınlaşdırılana və cinayətkar şəbəkə tam ifşa olunub zərərsizləşdirilənədək şəxsi təhlükəsizliyinin də təminatı kimi Fazil Mustafa ilk gündən DTX-nin Hospitalına köçürülüb.

Ötən gün yayılan məlumatlara əsasən isə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində Səbail rayon Məhkəməsində keçirilən prosesdə saxlanılanlardan üç şəxs barəsində 4 ay müddətinə, bir şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Uğursuz terror aktından sonra Azərbaycan təhlükəsizlik və hüquq mühafizə orqanlarının belə cinayətkar ünsürlərə qarşı daha amansız olacağı bildirilir.

Son xəbərlər

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31