QARŞISINDA HAMININ BAŞ ƏYDİYİ– BAYRAQ
Hər il noyabr ayının 9 - u Azərbaycan Respublikasında Bayraq Günü kimi qeyd edilir. Bayraq Azərbaycanın üç dövlət rəmzlərindən biridi. Azərbaycan Respublikası Konstitusiyasının 23 - cü maddəsi, məhz Azərbaycan Respublikasının dövlət rəmzlərinə həsr olunubdu. Yaxşı olardı ki, belə bir əlamətdar gündə bayraq haqqında söhbət açaq, onunla bağlı fikir və düşüncələri bir daha beynimizin süzgəcindən keçirək, bu məsələyə öz münasibətimizi bildirək və istəklərimizi oxucu auditoriyası ilə bölüşək. Ümumiyyətlə, bayraq nədir?

Bayraq uzun, dairəvi, nazik ağacın yuxarı hissəsinə bərkidilmiş və adətən üzərində mövcud dövlətin, təşkilatın, idman komandasının, hər hansı bir şirkətin, hərbi hissənin, ictimai təşkilatın xüsusi əlamətini əks etdirən nişan çəkilmiş bir və yaxud bir neçə rəngli qumaş parçasıdı.Bayraq əsasən Prezifent Aparatı, Nazirlər Kabineti, Parlament, o cümlədən dövlət, səfirlik, hərbi hissə, aid olduğu təşkilat, idman qurğusu, ictimai təşkilat binalarının qarşısına və ya üstünə taxılır. Bayraq bütün dövlət tədbirlərində, rəsmi qarşılanma mərasimlərində, dövlət əhəmiyyətli iclas və konfranslarda dalğalanır. Azərbaycanın tanınmış şəxsiyyətləri Azərbaycanın dövlət bayrağı ilə bağlı müxtəlif fikirlər səsləndirmişdilər. Məmmədəmin Rəsulzadə “Bir kərə yüksələn bayraq, bir daha yerə enməz”, Mikayıl Müşviq “Çarpırdı ruzgarda dalğalanaraq”, Cəfər Cabbarlı “O gün olsun bu göy bayraq Turan üstə açılsın” kimi kəlamları ilə bayrağın nə qədər əziz, eyni zamanda nə qədər qürur verici bir müqəddəs qüvvə olmasından xəbər vermişdilər. Adi ağac parçasından və bir hissə parçadan hazırlanan əşyanın bir qüdrət simvoluna, bir qürur mənbəyinə, bir istinad nöqtəsinə çevriləcəyini, hətta, bayrağı ilk hazırlayanlar, belə, təsəvvürlərinə gətirə bilməzdilər. Ancaq bayraq insanlar üçün möcüzəyə çevrilə bildi. Bayraq qürur, inanc mənbəyi olmaqla bərabər, həm də müxtəlif mənalar kəsb edir. Dövlət bayrağı - dövlətçiliyi, həmrəyliyi, vətənpərvərliyi, ağ bayraq - təslim olmağı, mübarizə bayrağı - qələbəni, mübarizliyi, bayrağı yüksək tutmaq isə hər hansı bir ideyanı, vəzifənin namusla, layiqincə yerinə yetirilməyi ifadə edir.

Dövlət bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir və Nyu -York şəhərində Birləşmiş Millətlər Təşkilatının mənzil qərargahının qarşısında dünyanın başqa dövlətlərinin bayraqları ilə birlikdə dalğalanır. Azərbaycan bayrağının üzərindəki hər bir rəng və simvol konkret məna daşıyır.

Azərbaycan bayrağının üç rəngli olması ideyasını ilk dəfə Azərbaycan istiqlaliyyətininideoloqlarından biri olan, görkəmli yazıçı - publisist Əli bəy Hüseyinzadədiqqət mərkəzinə gətirmişdi.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfiqi zolaqdan ibarət olmaqla - yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdən ibarətdi. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilir. Bayrağın ölçüsü 1:2 nisbətindədi.

MAVİ RƏNG - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, bu rəng türkçülük ideyası ilə bağlılığa işarədi. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif şərhlər mövcuddu. Orta əsrlərdə (VI-XVI əsrlər)İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız - hesabsız qədim abidələr tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olubdu. Bu baxımdan göy rəng, həm də simvolik mənadaşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini ifadə edir.

QIRMIZI RƏNG - müasirlik, demolratiya, birsözlə bu istiqamətdə inkişaf deməkdi. XVIII əsrin sonlarında Fransa burjua inqilabından sonra Avropa ölkələrində böyük irəliləyişlər baş verdi. Həmin dövrdə proletariat kapitalizm quruluşuna qarşı mübarizəyə atıldı. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi. Qormızı rəng, həm də dostluğu tərənnüm edir.

YAŞIL RƏNG - İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadəsi deçəkdi.

Azərbaycan bayrağının üç rəngi, Azərbaycan milli mədəniyyətinin, müsəlman
dünyasının və müasir Avropa demokratik prinsiplərinin simvoludu. Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin fikirinə görə Xalq Cumhuriyyətı tərəfindən üç rəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda oradakı rənglərin nəyi ehtiva etdiyini göstərsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıbdı. Bayrağın üzərindəki aypara və səkkizguşəliulduzun mənaları barədə müxtəlif fikirlər mövcuddu.

Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun simvolu olubdu. 1453 - cü ildə türklər həmin şəhəri aldıqdan sonra Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçibdi. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludu. O ki, qaldı səkkizguşəli ulduzun mənasına, bu “Azərbaycan” sözünün əski əlifbasınınyazılışı ilə bağlıdı. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılırdı. Odur ki, səkkizguşəli ulduzun mənası belə açıqlanır. Yuxarıda söyləninlərə rəğmən belə bir fikirə gəlmək olar: türkçülük, islamçılıq, müasirlik, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlik. Azərbaycan bayrağındakı ulduz Azərbaycanın memarlıq üslubunda geniş istifadə olunub, səkkiz isə türk xalqlarının simvoludu.

Artıq neçə ildir ki, Azərbaycanda “Dövlər Bayrağı Günü” qeyd olunur. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan indiki dövlət bayrağı 1918 - ci ilin 9 noyabr tarixində Azərbaycan Xalq Cumhuriyyəti Hökumətinin içlasında qəbul olunubdu. Həmin tarixi fakt və ikinci müstəqillik dövründə imzalanan Prezident Fərmanına əsasən hər il noyabr ayının 9 - u Azərbaycan Respublikasında “Dövlər Bayrağı Günü” kimi qeyd olunur.

Azərbaycan vətəndaşlarının Dövlət bayrağına münasibəti birmənalı deyil. Bu çox normal fakt kimi qəbul oluna bilər. Çünki insanların düşüncə və fikirləri müxtəlifdi. Kimisi adət - ənənəyə əsaslanaraq bayrağı “sancaq” kimi qəbul edir və bunu “sanc”, “sancmaq” ifadəsi ilə əsaslandırır, kimisi keçmişdə babalarımızın bayrağı harasa sancması ilə döyüşün başa çatdığını və həmin məkanın bizim ərazi olduğunu vurğulayır, kimisi bayrağı milli həyatımızın ən böyük, ən mühüm, ən müqəddəs hissəsi hesab edir və sancılan bayrağın gölgəsini özünə məbəd sayır, kimisi bayraq gününü süni bayram hesab edir və bayram kimi qəbul etmir, ancaq Azərbaycanın dövlət bayrağını özü üçün Azərbaycanın siması, qeyrəti sayır, kimisi bayrağı daha geniş mənada başa düşərək ona Vətən, torpaq, şəhidlərin qanı, bir kəfən kimi baxır, kimisi bayrağı Azərbaycan dövlətinin simvolu saymaqla yanaşı onun daima ucada olmasını, yalnız hündürdə asılmasını yox, həqiqi mənada ucada olmasını arzulayır və onu uğrunda ölənlərin, rüşvət almayanların, saxtakarlığa yol verməyənləri bayrağı adlandırır, kimisi bayrağı özü üçün əziz ana kimi düşünür və heç vaxt bayrağa biganə olmamağı, qalmamağı tövsiyə edir, kimisi bayrağı daima başının üstündə görür və onsuz öz varlığını qəbul etmir, bayrağı ilə fəxr edir, kimisi Azərbaycanın dövlət bayrağını özü üçün müstəqillik, milli kimlik, etiqada qayıdış - özünə qayıdış kimi anlayır və bayrağın tələblərinə sadiq qalmağı istəyir, kimisi deyir ki, bayraq mənim üçün “milli - mənəvi varlıq, bir ölkə kimi vətən adlı müqəddəsatımızın sərhədləridir. Bayraqsız ölkə olmaz”, kimisi bayraq gününün rəsmi keçirilməsini yüksək dəyərləndirərək bundan qürur hissi keçirdiyini, sevindiyini, ucaldığını vurğulayır.
Gətirdiyimiz misallardan bəlli olur ki, hər kəsin bayraqla bağlı öz fikiri və öz düşüncələri mövcud olsa da, sonda hamının istəyi, arzusu birdir - bayrağa hörmət, sevgi, məhəbbət.

Azərbaycan Respublikasının dövlət bayrağının mənəvi - ideloji mənsını bilmədən onun haqqında yüksək fikir söyləmək, ətraflı danışmaq, sözsüz ki, müəyyən çətinliklər yarada bilər. Məhz bu nöqteyi - nəzərdən çıxış edərək oxucu auditoriyası ilə dialoqu bu istiqamətdə qurmaq daha yaxşı olar. Ən azından, mən belə düşünürəm.

Azərbaycanın dövlət bayrağı hər bir Azərbaycan vətəndaşının milli kimliyini, mədəniyyətini, dilini, dini - mənəvi əxlaqi dəyərlərini, ümumiyyətlə, onun milli ideologiyasını ifadə edir və onun bu yöndə formalaşmasına kömək edir. Bayraq elə bir rəmzdir ki, hər bir millət onda keçmişini, bu gününü və sabahını görür, atacağı addım haqqında düşünür, gələcək planlarını qurur. Əgər hər hansı bir vətəndaş yaşadığı ölkənin milli ideologiyasınin nədən ibarət olduğunu bilmirsə və yaxud belə bir məfkurənin olmadığını düşünürsə, fərqi yoxdur bu hansı ölkədir, demək onun şüurunda milli bayraq anlayışı ya çox zəif formada mövcuddu, ya da ki, tamamilə yoxdu. Çünki milli bayraq vahid mənəvi - ideoloji anlayışdı ki, hər bir vətəndaş onda özünü - kimliyini, dilini, mədəniyyətini, dini - əxlaqi dəyərlərini və s. görə bilir. Demək, milli bayrağın mahiyyətini, mənəvi - ideloji mənasını anlamadan heç kəsdə bayrağa sevgi, məhəbbət yarana bilməz. Bu məntiqdən çıxış edərək deyə bilərik ki, Azərbaycan Cumhuriyyətinin üç rəngli bayrağı onun milli varlıq fəlsəfəsidi. Ancaq çox təəssüflər olsun ki, bir çox Azərbaycan vətəndaşları milli bayraq ideologiyasını kifayət qədər bilmir, anlamır, başa düşməkdə çətinlik çəkir və yaxud bunu özünə yük hesab edir. Hətta, elələri də var ki, üç rəngli milli bayrağı bir ağac paçasından və rəngli bez parçadan hazırlanmış əşya kimi qəbul edir. Bu çox acınacaqlı haldı. Milli bayrağın müqəddəsliyi, mənəviliyi, ucalığı məhz onun rənglərindəki mənəvi - ideoloji mənası ilə birbaşa bağlıdı. Bu nöqteyi - nəzərdən milli bayrağı yalnız müxtəlif rənglərin təsadüfi toplusu kimi görmək, hər rəng haqqında bir anlayış işlədib bununla kifayətlənmək və s. doğru deyil.

Bu gün milli bayrağın fəlsəfi - ideoloji nənasının anlanılmasındakı problemlərin nəticəsidi ki, Azərbaycan bayrağı İranda, Hollandiyada, Belçikada və s. olkələrdə təhqir olunanda (məsələn, milli bayraq tərsinə asılanda, küncə qoyulanda və s.) bir millət olaraq buna anındaca, nəinki yetərli reaksiya vermirik, hətta bəzi hallarda bunu təbəssümlə qarşılayırıq. Bunun səbəbi ilk növbədə, milli bayrağın tarixini, onun mənəvi - ideoloji aspektlərini zamanında və yetərincə öyrənməməkdə, ən əsası isə dövlət qulluqçularının xalqa soyuq və etinatsız yanaşmasında, rüşvətxorluqda axtarmaq daha yaxşı olar.

Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlı 1919 - cu ildə “Azərbaycan” qəzetində çap etdirdiyi “Azərbaycan bayrağı” şeirində üç rəngli Azərbaycan bayrağının fəlsəfi - ideoloji izahını verərkən yazmışdı:

“Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə ucmada,
Şu görünüş bu ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Allah, əməllərim edib şu bayrağı intiqal.
Birər - birər doğru olmuş, bir ad almış: İstiqlal!
Yürəyində bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın”.

Mənə elə gəlir ki, Azərbaycan təhsilində və tədrisində yuxarıda söylədiyimiz fikirlər öz doğru yerini tapsa, Azərbaycan vətəndaşı milli bayraq məfkurəsini daha yaxından və daha yaxşı mənimsəyər, ona sahib çıxar. Bunun üçün bu günkü nəslə dahilərimizin və başqa milli ruhu paylaşan ədiblərimizin ideyalarını catdırmaq və bununla da milli dövlət bayrağına sevgi və məhəbbət yaratmaq vacibdi.

Cəmil Zəbhulla oğlu Dadaşov
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, şair - publisist.

QARŞISINDA HAMININ BAŞ ƏYDİYİ– BAYRAQ

Son xəbərlər

Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

Rusiyada axtarışda olan şəxs polisləri güllələyib, ölən və yaralananlar var

Təhsil alanlara ailə başçısını itirməyə görə sosial ödənişin verilməsi proseduruna dəyişiklik edilib

ABŞ ordusu Hörmüz boğazında blokadanı yarmağa çalışan gəmilərə güc tətbiq edəcək

Türkiyədən mühüm addım - 3 ölkə ilə ittifaq yaradılır

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

Livan Prezidenti İsraillə birbaşa danışıqlar üçün ilkin şərtini açıqlayıb

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb

MN-in Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisinin məhkəməsi başlayıb

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

Rusiya Ukraynanın üç bölgəsinə zərbələr endirib: 14 nəfər ölüb, 100 nəfər xəsarət alıb

Növbəti həftə Azərbaycanda vaksinasiyadan kənarda qalan uşaqlar peyvəndə cəlb ediləcək

UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

SƏHNƏYƏ SƏDAQƏTİN SƏSİ

"A Haber": Türkiyədə məktəbdə baş verən atışmada müəllimə uşaqları qoruyan zamanı həlak olub

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur

Nazirlər Kabineti hasilatın pay bölgüsündə Azərbaycanın öhdəliklərini təsdiqləyib

Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq

Reklamlarda uşaqların görüntüsü valideynlərin razılığı ilə istifadə ediləcək

Bakıda evdə yanğın baş verib

Türkiyədə daha bir məktəbə silahlı hücum olub, 6 nəfər yaralanıb

Moldova MDB-ni gələn il rəsmən tərk edəcək

Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası üzrə Çexiya təcrübəsini öyrənir

Bəzi yerlərdə qısamüddətli yağıntılar gözlənilir - PROQNOZ

Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - Video

KİV: Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930