Xəbərlər
20.12.2022, 19:08
Qəlbimdə küçə salmışam - FOTO
Qəlbimdə küçə salmışam
İçində şəhər yaşayır.
Bilinməyir varlı, kasıb,
Hamı birtəhər yaşayır !
Pulla deyil orda evlər,
Yoxdu təpəgözlər , devlər.
Gələn könlündən sevilər,
Nə qəm, nə qəhər yaşayır.
Bax qaydaya , etmə heyrət,
Nə yumşaqdı , nə də ki, sərt.
Yaşayana çox deyil şərt
Olan alnı tər, yaşayır.
Saf mayadan yoğrulanlar,
Çətin yolda doğrulanlar,
Anadan bəy doğulanlar,
Orda da zəfər yaşayır !
Gəlsən kölə nəfsi devir,
Qul, nəfsə səcdəni sevir.
Qibləni Məkkəyə çevir,
Gör, bəndə nələr yaşayır!
Hörmətlə: İLQAR HƏKİM
İçində şəhər yaşayır.
Bilinməyir varlı, kasıb,
Hamı birtəhər yaşayır !
Pulla deyil orda evlər,
Yoxdu təpəgözlər , devlər.
Gələn könlündən sevilər,
Nə qəm, nə qəhər yaşayır.
Bax qaydaya , etmə heyrət,
Nə yumşaqdı , nə də ki, sərt.
Yaşayana çox deyil şərt
Olan alnı tər, yaşayır.
Saf mayadan yoğrulanlar,
Çətin yolda doğrulanlar,
Anadan bəy doğulanlar,
Orda da zəfər yaşayır !
Gəlsən kölə nəfsi devir,
Qul, nəfsə səcdəni sevir.
Qibləni Məkkəyə çevir,
Gör, bəndə nələr yaşayır!
Hörmətlə: İLQAR HƏKİM
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












