Rejimin “Polisi” - Hamlet Tofiqoğlu
Bizə məlumdur ki,İranda Əminin Mənsə hicab taxmadığı üçün qətlə yetirilmişdir. Bu hadisə ilə əlaqədar etiraz aksiyaları başlanmış və geniş miqyas almışdır. Hətta dünyanın gündəminə çevrilmişdir. Qadınlar və uşaqlar əxlaq polisi tərəfindən kobud təzyiqlərə məruz qalmışlar.Günü-gündən aksiyalar sürətlə vüsal alır,iştirakçılar,günahsız uşaqlar,tələbələr döyülür,öldürülür və edam edilir. Qonşuluqda 3 aydır davam edən aksiyalar hicab məsələsini arxada qoyub, artıq Molla rejiminin dəyişdirilməsini tələb edirlər.
Güney Azərbaycanında baş verən hadisələr bizi də narahat edir və Türk dünyasının siması Rəcəb Tayyib Ərdoğanın ləhcəsində səslənən nəğməni dinləyəndə bir daha narahatçılığımız bizə məlum olur.

Arazı ayırdılar,
Lil ilə doyurdular,
Mən səndən ayrılmazdım
Zor ilə ayırdılar!

Kobud Polis

Elə bilirdin hərəkətinlə sən,
Mərd qadını əqidəsindən döndərəcəksən.
Hicabsız olduğu üçün həbsə göndərəcəksən?
Yox, yetər artıq çatıb vaxtı-zamanı
Cana duymuş qadınlar,
Aman verməyəcək bu fürsəti bu anı.
Görəcəksiz qarşınızda Əminin Mərsani,
Onun ölümü ilə qadınlar,
Birləşib ayağa qalxdı!
İranda alışan qığılcıma,alova baxdı.
Kimisi saçını kəsdi,kimisi örpəyini atıb,
Özünü oda-alova yaxdı.
Sən demə,bu qaydanı qoyub Mahmud Əhmədi Nejad
İslam qaydalarına görə:
Qadın bağlamalıdır mütləq hicab!
Etiraz aksiyaları davam edir,
Azadlıq deyən qəzəbli kütlə bu yolla gedir.
Hicab məsələsi arxada qaldı
Əxlaq Polisinin əxlaqsız hərəkəti ilə,
Hicabın yerini inqilab aldı!
Xalqın ümüdü,diktator rejiminin
Dəyişdirilməsinə qaldı,
Məşəd şəhərində Xomeynin
Bağ evi nədən-niyə yandı.
Görən bu hadisəni o necə qandı?
İran revanşist Ermənistanı,gizli yolla
Silahla təmin edir,
Altı yüz ədəd raket Qarabağa gedir
İyirmi yeddi nəfər əclaf diversant
Xan kəndində təlim keçib,öyrətməli idi:
Bir neçə yaramaz-erməni kursant,
Ay bədbəxt erməni,təlimin nə olduğun anlamayırsan
İranlı,Fransız öyrətsə belə
44 günlük müharibəni unutma sən bilə-bilə.
I dərsinin adı oldu – Dəmir yumruq,
II dərs – təlim dərsi – Qardaş yumruğu.
Senatın Azərbaycan əleyhinə qətnaməsindən
A.Arturyan,Paşinyan enerji alır,
İlham Əliyevin, Ərdoğanın qarşısında
Makronda, İranda, Ermənistanda, Hindistanda
Çarəsiz, aciz qalır!
Yenicə II dərsi aldı İran, Erməni,
Görərkən görmürsüz bax bu yerləri
Bakıda, Astarada, İmişlidə, Cəbrayılda
Birgə keçirilən “Qardaşyumruğu” adlı
Qürurlu təlimləri.
Türkiyə Milli Müdafiə Naziri Hulusu Akar,
Lazım gələn anında Azərbaycanın dadına çatar
Ordu generalı H.Akar demişkən:
“Dostumuzu birlikdə dost,
Düşmənimizi də birlikdə düşmən görürük”
İki dövlət bir millətin
“Qardaş yumruğu”nun bircə təlimi
İrana-Paşinyana II dərs olsun
Fransaya,Hindistana,Rusiyaya
Qoy ibrət olsun
Azadlıq,etiraz dalğaları
Bürüyübdür İranı,
İnşAllah görərik biz də Turanı!


Hamlet Tofiqoğlu
9.12.2022

Son xəbərlər

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

"Şahdəniz Kompressiya" layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

Azərbaycan nefti cüzi bahalaşıb

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Sabah yağış yağacaq, güclü külək əsəcək

Vətəndaşlara 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan XİN Ekvadoru Milli Günü münasibətilə təbrik edib

Qızıl almaq istəyənlərin nəzərinə

Rusiya qoşunları Xarkovu atəşə tutub: 5 nəfər ölüb

Rayonlarda yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü

Şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq

Sabirabadda 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın iki rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31