
Xəbərlər
9.12.2022, 00:44
Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parataekvondo idman növü üzrə milli komandasının üzvləri Zeynalov Sabir (58 kq, K44) və Xəlilov İmaməddin (70 kq, K44) Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən Qran-Pridə bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarını qazanıblar.
Bu barədə AZƏRTAC-a Milli Paralimpiya Komitəsindən məlumat verilib. Bildirilib ki, bu yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
Bu barədə AZƏRTAC-a Milli Paralimpiya Komitəsindən məlumat verilib. Bildirilib ki, bu yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










