Şəmistan Həziyev 30 gün ərzində azadlıqdan məhrum edilib
Yasamal rayon məhkəməsi oktyabrın 31-də Şəmistan Həziyevi polisə müqaviməti nəzərdə tutan maddə ilə ittiham edərək onu 30 günlük azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Jurnalist fəaliyyəti ilə məşğul olan Şəmistan Həziyev oktyabrın 31-də saat 12 radələrində evdən çıxıb və yox olmuşdu. Onun telefonları söndürülmüş və gün ərzində harada olması barədə məlumat almaq mümkün olmamışdı.

Daxili İşlər Nazirliyinə etdiyimiz uzun müraciətlərdən sonra bəlli oldu ki, Şəmistan Həziyev Yasamal Polis İdarəsinə aparılıb və buna səbəb onun şəxsi Facebook səhifəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasını dəstəkləyən bir neçə post yerləşdirməsi olub. Amma son olaraq Yasamal məhkəməsinin qərarından bəlli oldu ki, gənc nə jurnalist fəaliyyəti, nə də siyasi baxışlarına görə deyil polisə müqavimətə görə saxlanılıb.

Valideynlərinə məhkəmə qərarından sonra zəng vuran gənc, polisə müqavimət göstərmədiyini bildirib. Gəncin yaşadığı ərazi üzrə sahə müvəkkili isə valideynə deyib ki, ünvansız söyüş söydüyü üçün gənci saxlayıb və polis bölməsinə aparıbdır və gənc ona heç bir müqavimət göstərməyib.

Gəncin Facebook səhifəsindən tanış olduğumuz postlarda həqiqətən gəncin AXCP-ə rəğbət ifadə edən postlarına rast gəlmək olur. Amma onların heç birində gənc hakimiyyətə qarşı dözümsüzlük, itaətsizlik ifadə edən çağırışlara yol verməyib, hər hansı ekstremist şüarlar yerləşdirməyibdir. Odur ki, hüquq mühafizə orqanlarının bu işi yenidən araşdıracağına və gənc barədə yeni qərarın veriləcəyinə ümid edirik.

Xatırladaq ki, Şəmistan Həziyev ölkənin müxtəlif xəbər portallarında çalışıb və son 6 ay saytımızla əməkdaşlıq edirdi. /anews.az/

Son xəbərlər

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31