
Xəbərlər
31.10.2019, 15:58
Ağstafada iki nəfər güllələndi

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Kənd sakinləri - 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yusif Əsgər oğlu güllə yarası alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














