Azərbaycanda 81 yaşlı icra başçısı istefa verir?
Prezident İlham Əliyevin bir neçə həftə öncə hakimiyyət daxilində islahatların aparılacağı ilə bağlı verdiyi açıqlamalarının ardınca baş verən istefalar artıq ənənəyə çevrilib.

Belə ki, dövlət başçısının məlum anonsundan sonra Baş Nazirin iki müavininin istefa ərizəsi yazması, prezidentin onları qəbul edərək yüksək ehtiramla yola salması və həmin görüşlərdə səsləndirdiyi fikirlər hakimiyyət komandasında ciddi proseslərin başlamasına rəvac verib.
Xatırladaq ki, İlham Əliyev həmin görüşlərdə yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurların öz istəkləri ilə tutduğu postdan ayrılmalarının və yerlərini gənc nəslə ötürmələrinin nümunəyə çevriləcəyinə inandığını bildirmişdi. Məhz bu görüşün ardınca dövlətdə ən yüksək vəzifələrdən birini tutan Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postundan getdi.

Bu qədər ciddi prosesin ardından ölkə mediası və ictimaiyyəti diqqəti yüksək vəzifə tutan və yaşı 70-i haqlamış şəxslərin üzərinə çəkməyə başladı və onların adları açıqlandı.
Ötən gecə isə gözlənilmədən Xarici İşlər nazirinin müavini Hafiz Paşayev istefa estafetini qəbul edərək vəzifəsindən ayrıldığını bəyan edib. H.Paşayev dövlət başçısının rəhbərliyi altında Azərbaycanda aparılan islahatların effektiv şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və cavan kadrların gətirilməsi çağırışını nəzərə alaraq öz istəyi ilə belə bir addım atdığını açıqlayıb.

Baş verən sonuncu istefa prosesin müvəqqəti xarakter daşımadığını və son dərəcə ciddi şəkildə davam edəcəyini göstərir.
Görünən odur ki, ilkin mərhələdə yaşı ötmüş məmurların istefaları könüllü şəkildə qəbul olunacaq, sonra bu prosesin məcburi xarakter də daşıyacağı istisna deyil. Bu isə onu göstərir ki, hökumət öz içində islahat aparmaq istəyində israrlıdır. Bu prosesin bir çox ekspertlərin şərh etdiyi kimi kosmetik əhəmiyyət daşımadığı göz qabağındadır.
Bu arada, yeni istefa xəbərlərinin bu gündən gec olmayaraq yayılacağı, ən əsası isə yerli icra orqanlarına da keçəcəyi gələn xəbərlər sırasındadır.
Məlumata görə, bir neçə icra başçısı məlum trendə qoşularaq öz istəkləri ilə vəzifələrindən ayrılmaqla bağlı ərizə yazıblar.
Onlardan birinin Xaçmazın icra başçısı 81 yaşlı Şəmsəddin Xanbabayevin olduğu bildirilir. İcra başçısının istəyinin qəbul olunduğu və vəzifəsindən azad olunacağı ilə bağlı sərəncamın yaxın vaxtlarda açıqlanacağı gözlənilir. Eyni zamanda, yaşı 70-i keçən digər icra başçıları da prosesdən kənarda qalmayacaq.

Son xəbərlər

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Türk məşhurların villaları uçurulacaq

CƏLİLABADIN GƏNC ŞAİRƏSİ — HİCRAN ƏHMƏDLİ - FOTOLAR

Üç ürəyə bir ad günü sevinci - FOTOLAR

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

PÜSTƏ RƏVAN : DOST KİMİ SEVƏCƏYƏM MƏN

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"MÖCÜZƏLİ NAFTALAN"

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

*Aydan Ələkbərli, yoxsa Aydan Nizami qızı? Hansı daha çox tanıdır sizi* ?

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Media: İranın Xark adasında partlayış olub

Atlaz Rzayi : Cənub bölgəsinin gözü, Vətənim - FOTO

Vahid Çəmənli : Təpədən dırnağa ağdamlı - FOTO

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Qəzənfər Məsimoğlu : GÜLƏ-GÜLƏ GƏLDİ PAYIZ - FOTO

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930