Azərbaycan taekvondoçusu Avropa çempionu olub
Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı davam edir. Yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirilib ki, baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi komandanın heyətində Səyyad Dadaşov (54 kq) Avropa çempionu tituluna layiq görülüb. İlk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edən taekvondoçumuz ardınca Relja İvkoviçə (Serbiya) də eyni hesabla qalib gəlib. Dadaşov 1/8 finalda türkiyəli Haktan Can üzərində də inamlı qələbə qazanıb – 2:0. Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, rəqib zədə səbəbindən dayanq üzərinə çıxmayıb və Səyyad finala yüksəlib.

Həlledici döyüş kifayət qədər gərgin alınıb. Niderlandlı Milan Millla ilə qarşılaşmanı 2:1 hesabı ilə xeyrinə bitirən Dadaşov Avropa çempionatının qızıl medalına yiyələnib.

Yığmamızın aktivinə digər mükafatı Eltac Qafarov əlavə edib. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda serbiyalı Stefan Takovla üz-üzə gəlib. Rəqib 2:0 hesabı ilə qələbə qazandığından təmsilçimiz bürünc medala sahib olub.

Beləliklə, milli komanda 5 ildən sonra Avropa çempionatında yenidən medal qazanıb. Dadaşovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması ilə U-21-lərin yarışında isə 9 ildən sonra Azərbaycan Himni səsləndirilib.

Qeyd edək ki, Avropa çempionatına sentyabrın 30-da yekun vurulacaq.
Azərbaycan taekvondoçusu Avropa çempionu olub
Azərbaycan taekvondoçusu Avropa çempionu olub
Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Son xəbərlər

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Qəlbimizə hakimliyi bacarırıqmı?

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31