Xəbərlər
10.08.2022, 00:27
Rusiya İnformasiya Mədəniyyət Mərkəzində “İkinci Vətən. Osetinlər Azərbaycanda” kitabının təqdimatı keçiriləcək
Avqustun 16-da saat 19:30-da Bakıdakı Rus evində (RİMM) "İkinci Vətən. Osetinlər Azərbaycanda" kitabının təqdimatı keçiriləcək.
Mətbuat mərkəzindən (RİMM) AZƏRTAC -a bildiriblər ki, əsər Azərbaycandakı osetin diasporunun nümayəndələrinə, o cümlədən siyasətçilərə, hərbçilərə, alimlərə, din xadimlərinə, yaradıcı ziyalılara həsr edilib.
Əslən osetiyalılar Azərbaycanın müxtəlif inkişaf illərində ölkənin mədəni və siyasi həyatında parlaq və əlamətdar şəxslərə çevrilirdilər.
Kitabda, Azərbaycanda osetinlərin ailələri haqqında müəlliflər tərəfindən toplanan və sistemləşdirilən bioqrafik, sənədli və foto materiallar təqdim olunub.
Təqdimatı Rusiya Elmlər Akademiyasının Vladikavkaz Elmi Mərkəzinin Şimali-Osetiya humanitar və sosial tədqiqatlar İnstitutunun etnologiya şöbəsinin aparıcı elmi işçisi, geneoloji tədqiqatlar sektorunun müdiri İslambek Marzoyev keçiricək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay