Xəbərlər
15.07.2022, 00:27
Nigeriyada 3,5 mindən çox silahlı hökumət qüvvələrinə təslim olub
Nigeriyada “Boko haram” qruplaşmasının 3,5 mindən çox silahlısı və onların ailə üzvləri ölkənin şimal-şərqində iyulun 1-dən 14-dək aparılan xüsusi əməliyyat çərçivəsində hökumət qüvvələrinə təslim olub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nigeriyanın Blueprint informasiya portalının Baş qərargahın rəsmi nümayəndəsinə istinadla yaydığı məlumata görə, təslim olanlar arasında “Boko haram” qruplaşmasının yüksək rütbəli altı komandiri də var. Əməliyyatın gedişində, həmçinin 42 nəfər silahlı öldürülüb, xeyli silah-sursat ələ keçirilib.
Afrikanın qərbində yaradılan “Boko haram” terror qruplaşması Nigeriyada 2002-ci ildən fəaliyyət göstərir. Onun üzvləri əldə silah ölkədə hakimiyyəti ələ keçirmək uğrunda mübarizə aparırlar.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay