Xəbərlər
10.07.2022, 22:16
Şabranda “QAZel” markalı avtomobil yanıb
İyulun 10-u axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində “QAZel” markalı avtomobil yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 BN 501 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanması nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitəsi isə tamamilə yanaraq sıradan çıxıb.
Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay