Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyasının “Fəxri Akademiki” adına layiq görülüb
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyası tərəfindən “Fəxri Akademik” sertifikatı və diplomu ilə təltif edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Özbəkistanın tanınmış rəssamları, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, gənclər iştirak ediblər.

Mükafatlandırma mərasimini Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nuriddinov açdı. O, nitqində Çingiz Fərzəliyevin bu mükafata xüsusi xidmətlərinə görə layiq olduğunu deyib. O, həmçinin Azərbaycanın tanınmış rəssamları Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov və bir çox başqa sənətkarların adlarını qeyd edib, onların yaradıcılıqlarından danışıb. Sənət sahəsində bundan sonra da əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.

Özbəkistan Rəssamlıq Akademiyasının sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son səfəri zamanı mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair bir çox sənədlər imzalanıb ki, bu da iki dövlət arasında əlaqələrin daha da yüksək səviyyədə inkişaf etməsinə geniş imkanlar yaradır. O, dövlətlərimiz arasında çoxsaylı rəsm və digər sərgilərinin keçirilməsini arzuladığını bildirib.

Sonra tədbir iştirakçılarına və qonaqlara Çingiz Fərzəliyevin yaradıcılığından, Vətən qarşısında xidmətlərindən bəhs edən sənədli film təqdim olunub.

Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini, Özbəkistan Rəssamlıq Akademiyasının akademikləri çıxış ediblər, fəxri qonağa öz təbriklərini çatdırıblar.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlimirzəyev nitqində qardaş Özbəkistanın Azərbaycan sənət adamlarına bu cür yüksək dəyər verdiyindən qürur hissi duyduğunu bildirib. N.Əlimirzəyev Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəldiyini və xeyli işlərin görüldüyünü qeyd edib.

Sonra çıxış edən akademik Cavlon Umarbekov Özbəkistan və Azərbaycan rəssamları arasında çoxillik dostluq və əməkdaşlıq əlaqələrindən danışaraq, yaradıcılığı Azərbaycanın hüdudlarından kənarda da tanınan Ç.Fərzəliyev kimi ustadla görüşməkdən qürur və xoşbəxtlik duyduğunu bildirib.

Özbəkistan Rəssamlar İttifaqının sədri İbroxim Valixodjayev çıxışında müstəqil dövlətlərin gənc rəssamları yeni sənət əsərləri yaradarkən onların fırça ustalarından əldə etdikləri bilikləri unutmamağı tövsiyə edib.

Sonda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Ç.Fərzəliyev Özbəkistanın televiziya kanallarına müsahibə verib.
Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyasının “Fəxri Akademiki” adına layiq görülüb
Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyasının “Fəxri Akademiki” adına layiq görülüb
Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyasının “Fəxri Akademiki” adına layiq görülüb
Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyasının “Fəxri Akademiki” adına layiq görülüb
Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyasının “Fəxri Akademiki” adına layiq görülüb

Son xəbərlər

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31